Loading...
Loading...
Gündəmİqtisadiyyat

Avomobillərlə bağlı rüsumlar artırıldı – CƏDVƏL

Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu artırıldı.

24saat.org xəbər verir ki, Nazirlər Kabineti iyulun 31-də bununla bağlı qərar verib. Yeni qərara əsasən, 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına (bundan sonra – minik avtomobillərinin dövlət qeydiyyatına alınması) görə dövlət rüsumunun məbləğlərini müəyyən edir.
Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri minik avtomobillərinin istehsal tarixi və mühərrikinin həcmi nəzərə alınmaqla müəyyən ediləcək.

Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilir:

Sıra №-si Minik avtomobilinin mühərrikinin həcmi Dövlət rüsumunun məbləği
2.1.1. 2000 kubsantimetrədək mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat
2.1.2 3000 kubsantimetrədək 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat
2.1.3 4000 kubsantimetrədək 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat
2.1.4 5000 kubsantimetrədək 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat
2.1.5. 5000 kubsantimetrdən çox olduqda 1500 manat

 

Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə bu aktın 2.1-ci bəndi ilə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:

2.2.1. istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0;

2.2.2. istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8;

2.2.3. istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3

 

 

Gözdən qaçırmayın:  Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button