Gündəm

Avro-2020 ilə bağlı internet yüksək səviyyədə olacaq 

Avropa çempionatının Bakıda keçiriləcək oyunları zamanı nəqliyyat, telekommunikasiya və poçt xidmətlərinin yüksək səviyyədə təşkilinə dair hazırlıq başa çatıb. Bununla bağlı test işləri aparılıb.

Bu haqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xəbər yayıb.

Nazirlikdən bildirilir ki, oyunların keçiriləcəyi günlərdə poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri keyfiyyətli və davamlı şəkildə təmin ediləcək.

NRYTN nəqliyyat xidmətlərinin təminatı ilə bağlı da plan hazırlayıb. Bakı Taksi Xidməti tərəfindən tələbata uyğun olaraq taksi xidməti təşkil olunacaq.

Bu il iyunun 11-dən iyulun 12-dək futbol üzrə Avropa çempionatı keçirləcək, Bakı həmin oyunlardan bir neçəsinə ev sahibliyi edəcək.

Fövqəladə Hallar Nazirliyi də həmin ərəfədə gücləndirilmiş rejimdə işləyəcək

Fövqəladə Hallar Nazirliyi də Avropa çempionatı oyunları keçiriləcəyi günlərdə gücləndirilmiş iş rejimində çalışacaq.

Bu haqda FHN-dən məlumat verilib.

Nazirlikdə bununla bağlı qərargah yaradıldığı bildirilir.

Oyunlarla bağlı bir sıra yerlərdə, o cümlədən Bakı Olimpiya Stadionu, Dalğa Arena, Bakcell Arena, Tofiq Bəhramov adına Respublika Stadionu və qonaqların qalacağı otellərdə təhlükəsizlik müayinələri keçirildiyi deyilir.

24 saat” “Avro-2020 ilə bağlı internet yüksək səviyyədə olacaq ” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button