2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Avroliqa: “Qarabağ” İsveç komandasını darmadağın edib qrupa adladı

Futbol üzrə Avropa Liqasında play-off mərhələsinin cavab oyunları keçirilib.

Virtualaz.org bildirir ki, Azərbaycanın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika stadionunda İsveçin “Höteborq” komandasını qəbul edib.

Oyunda hesabı 19-cu dəqiqədə Rəşad Sadıqov açıb. Yeddi dəqiqə sonra Muarem Muarem ağdamlıların üstünlüyünü iki topa çatdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qarşılaşmanın 51-ci dəqiqəsində isə Dani Kintana “Qarabağ”ın 3-cü qolunu vuraraq oyunda son hesabı müəyyənləşdirib.

Beləliklə, matç Qurban Qurbanovun yetirmələrinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, İsveçdə keçirilən ilk matç “Höteborq”un minimal hesablı qələbəsi ilə bitmişdi.

Bununla da, iki oyunun nəticəsinə əsasən, Azərbaycanın “Qarabağ” klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button