2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Avronun manata qarşı məzənnəsi dördaylıq minimuma enib

Avqustun 9-da avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,9989 manata enib. Bu, son dörd ay ərzində qeydə alınan ən aşağı göstəricidir.

Sonuncu dəfə avronun manata qarşı bundan aşağı məzənnəsi cari ilin aprelin 1-də qeydə alınmışdı – 1,9929 manat.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 4,6% ucuzlaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə görə, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 türk lirəsi 0,1970 manata, 1 Rusiya rublun məzənnəsi isə 0,0231 manata enib.

APA

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button