2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa Birliyi-Azərbaycan biznes forumu keçiriləcək

İyunda Bakıda Avropa Birliyi-Azərbaycan biznes forumu keçiriləcək.

Bu haqda Alman-Azərbaycan Xarici Ticarət Palatası məlumat verir.

Saytların yığılması Saytlarin yigilmasi

Forum Avropa Birliyinin (AB) Bakıdakı Nümayəndəliyinin, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və İxracın və İnvestisiyaların Təşviqi Fondunun əməkdaşlığı ilə baş tutacaq.

Biznes Forumun əsas məqsədi Avropa və Azərbaycan şirkətləri arasında əlaqələrin yaradılmasına, inkişafına dəstək olmaqdır.

Buna da bax:​ AB-Azərbaycan biznes forumunun vaxtı məlum olub

AB-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Malena Mård bildirib ki, “keçən ilki Forumun davamı olaraq, bu il baş tutacaq tədbir gələcək əməkdaşlıq çərçivəsində yarana biləcək çətinliklər və fürsətlərə yenidən nəzər salmağa imkan yaradacaq”.

Forumda Avropa Birliyi ölkələri və Azərbaycandan olan 400-ə yaxın şirkət bir araya gələcək. Panel müzakirələrdə iqtisadi islahatlar, kənd təsərrüfatı, texnologiyalar, nəqliyyat, logistika və İnformasiya Kommunikasiya Texnologiyaları məsələləri nəzərdən keçiriləcək.

Bakıda Avropa Birliyi – Azərbaycan Biznes Forumu sonuncu dəfə 2016-cı il mayın 18-də keçirilib.

Buna da bax:​ AB Lənkəranda kənd təsərrüfatına dəstək verəcək

Avropa Birliyi Azərbaycanın əsas ticarət tərəfdaşlarından sayılır. Azərbaycanın xarici ticarətinin 40 faizə yaxını Avropa Birliyi ölkələrinin payına düşür.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button