2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Avropa Birliyi bu ilin sonuna kimi bütün elektron cihazlar üçün vahid USB Type-C girişini qanunlaşdıra bilər

    Avropa Birliyi və Avropa Birliyinə daxil olan üzv ölkələrinin gələn ilin əvvəlinə kimi smartfonlar, planşetlər, qulaqlıqlar və digər elektron cihazlar üçün vahid şarj girişi standartını təyin etmələri ehtimalı çox yüksəkdir. Bu barədə məlumatı sözügedən layihəyə rəhbərlik edən yerli parlament üzvü verib. Məlumdur ki, Apple şirkəti vahid şarj girişi standartı layihəsini aktiv şəkildə tənqid edir. Avropa Komissiyası elektron cihazlar üçün vahid şarj girişi standartı layihəsini ilk dəfə 10 il bundan əvvəl təklif etmişdi. Lakin bu məsələ ilə bağlı qanun layihəsi yalnız keçən il tərtib edilmişdi. Android iOS istifadəçiləri artıq uzun illərdir ki, müxtəlif şarj cihazlarından istifadə etməkdən şikayətçidirlər. iPhone modelləri Lightning girişi vasitəsilə şarj olunduqları bir vaxtda müasir Android smartfonlar USB Type-C girişi vasitəsilə şarj olunurlar.

    Mövcud olan statistikaya əsasən 2018-ci il üzrə bütün smartfonların yarısı USB micro-B girişindən, 29%-i USB Type-C girişindən, 21%-i isə Lightning girişindən istifadə edib. Hal hazırda çox güman ki, istifadə sayına görə üstünlük USB Type-C girişinin üzərinə düşüb. Avropa Parlamentində sözügedən qanun layihəsinə rəhbərlik edən yerli parlament üzvü Alex Agius Saliba bildirib ki, qanun layihəsi üzrə səsvermə artıq may ayında baş tuta bilər. Səsvermədən sonra isə qanun layihəsinin final versiyası ətrafında ayrı-ayrı ölkələr ilə müzakirə aparmaq mümkün olacaq. Yerli parlament üzvü bildirib ki, bütün proses bu ilin sonuna kimi yerinə yetirilə bilər və onların əsas məqsədləri də elə budur.

Saytların yığılması Saytlarin yigilmasi

    Bununla yanaşı o bildirib ki, əsas diqqəti smartfonlara ayırmaq lazım deyil. Belə ki, onun fkirlərinə əsasən vahid şarj girişi standartını həmçinin elektron kitablara, aşağı enerji sərfiyyatına sahib noutbuklara, klaviaturalara, qulaqlıqlara, smart saatlara və elektron oyuncaqlara da inteqrasiya etmək lazımdır. Qeyd etmək lazımdır ki, Avropa Komissiyasının vaxtı ikən təqdim etmiş olduğu qanun layihəsində yalnız smartfonlar, planşetlər və qulaqlıqlar qeyd edilmişdi. Elektron cihazlar üçün vahid şarj girişi standartını əhatə edən yeni qanun layihəsi qəbul ediləndən 6 ay sonra qüvvəyə minə bilər. Həmin müddət ərzində istehsalçılar öz məhsullarını yeni qanuna uyğunlaşdırmalı olacaqlar.

24 saat” “Avropa Birliyi bu ilin sonuna kimi bütün elektron cihazlar üçün vahid USB Type-C girişini qanunlaşdıra bilər” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button