2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Avropa Birliyi bütün smartfonları asanlıqla dəyişdirilən batareyalar ilə təchiz etməyi tələb edib

    Right to Repair adlı Avropa koalisiyasının verdiyi məlumata əsasən Avropa Birliyi daxilində bütün cihazların və elektromobillərin asanlıqla dəyişdirilə bilən batareyalara keçidləri üçün səs verilib. Bu məsələ ilə bağlı olan qanun layihəsi artıq bu il qəbul edilə bilər. Onun Avropa Birliyində qüvvəyə minməsi isə yaxın 12-14 ay ərzində baş tuta bilər. Avropa Parlamentinin deputatları tərəfindən olan bu təşəbbüs rəqəmsal cihazların xidmət müddətlərinin uzadılmasına və elektron tullantıların aşağı salınmalarına yönəldilib. Bunun üçün xüsusi sənəd hazırlanıb və həmin sənədə əsasən istehsalçılar bütün məişət elektronikasında və yüngül nəqliyyat vasitələrinda batareyaların asanlıqla dəyişdirilməsini təmin etməlidirlər.

Saytların yığılması Saytlarin yigilmasi

    Bundan əlavə olaraq bu qanun layihəsinə əsasən bu və ya digər elektron məhsulun bazarda satışa çıxmasından sonra onun üçün olan dəyişdirilən batareya minimum 10 il ərzində satışda olmalıdır. Bu təşəbbüsün daha da inkişaf etdirilməsi barəsində qərar artıq sabah Avropanın ətraf nühit üzrə şurasında qəbul olunmalıdır. Mütəxəssislər bildiriblər ki, Avropa Parlamentinin hal hazırki tövsiyyələri reallaşdırılma prosesindən hələ uzaqdırlar. Bu cür qanun layihəsinin qəbul edilməsi üçün parlament ilk növbədə Avropa Şurası ilə danışıqlar aparmalıdır. Qanun layihəsinin uğurlu olacağı halda onun təqribən 2024-cü ildə reallaşdırılması gözlənilir. Belə ki, istehsalçılar qanun layihəsinin tələblərinə uyğun olaraq öz məhsullarını hazırlamaq üçün müəyyən vaxta sahib olmalıdırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button