2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Avropa Birliyi elektron cihazlarda vahid USB Type-C şarj girişinin tətbiq qanununu sabah qəbul edə bilər

    Reuters saytının verdiyi məlumata əsasən Avropa Birliyinin qanunvericiləri və icra hakimiyyətləri Avropa Birliyi ölkələrində satılan smartfonların, planşetlərin, rəqəmsal kameraların, qulaqlıqların, portativ oyun konsollarının, səsgücləndiricilərin və s. cihazların vahid şarj girişi ilə təchiz olunmaları üzrə yekun qərarı bu həftə verməlidirlər. Qeyd etmək lazımdır ki, Avropa Birliyi elektron cihazların vahid şarj girişi ilə təchiz olunmalarına artıq uzun illərdir ki, nail olmağa çalışır. Güman edilir ki, bu həm ətraf mühit üçün yaxşı təsir göstərəcək həm də istifadəçilərin rahatlıqlarını təmin edəcək. USB Type-C girişi ilə təchiz olunan əksər Android cihazlardan fərqli olaraq Apple şirkəti öz smartfonlarında Lightning girişindən istifadə edir.

Saytların yığılması Saytlarin yigilmasi

    Bu isə öz növbəsində iPhone modellərini Apple şirkətinin öz məhsullarından başqa kənar məhsullarla uyğunlaşmalarını təmin etmir. Məlumatda qeyd edilib ki, Avropa Birliyi ölkələrində satılan elektron cihazlarda vahid şarj girişinin təyin edilməsi qərarı sabah qəbul ediləcək. Söhbət, məhz USB Type-C girişindən gedir. Məlumata əsasən vahid şarj girişinə sahib olacaq cihazlar siyahısına həmçinin noutbukların da daxil edilməsi məsələsi müzakirə ediləcək. Bu qərar isə öz növbəsində Samsung, Huawei və digər istehsalçılar təsir göstərə bilər.

    Avropa Birliyinin qanunvericiləri həmçinin 2025-ci ilə kimi universal naqilsiz şarj texnologiyası standartını da təyin etmək istəyirlər. Lakin Avropa Birliyinin bəzi təmsilçilərinin fikirlərinə əsasən bu məsələ ilə bağlı qərarı daha sonraya saxlamaq lazımdır. Belə ki, bu məsələdə bəzi texniki nüanslar mövcuddur. Apple isə öz növbəsində elektron cihazlarda vahid şarj girişinin qəbul edilməsi məsələsinə heç bir fikir bildirməyib. Məlumdur ki, şirkət bu layihəyə dəfələrlə qarşı çıxıb. Onun fikirlərinə əsasən vahid şarj girişi standartının istifadəsi innovasiyaları ləngidəcək və istifadəçiləri yeni şarj cihalarının alınmasına məcbur edəcək. Bu isə daha çox elektron tullantının yaranmasına səbəb olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button