Xəbərlər
Avropa Birliyi Rusiya üçün hava məkanını bağladı

“Avropa İttifaqı Ukraynaya qarşı genişmiqyaslı təcavüzlə bağlı Rusiya üçün hava məkanını bağlayacaq”. Bu barədə bazar günü, fevralın 27-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məlumat verib.
Onun sözlərinə görə, Aİ Rusiya Mərkəzi Bankı ilə bütün əməliyyatları qadağan edəcək, həmçinin Belarusa qarşı əlavə sanksiyalar paketi tətbiq edəcək.
Digər bir qərar isə “Russia Today” və “Sputnik”in Avropa İttifaqı ərazisində fəaliyyətini qadağan edir.