Loading...
Loading...
İdman

Avropa çempionatı: – Azərbaycanla Ermənistan bir qrupda

Basketbol üzrə gənclər arasında Avropa çempionatının püşkü atılıb

Report xəbər verir ki, Almaniyanın Frayzinq şəhərində baş tutan mərasimdə Azərbaycanın kişilərdən ibarət U-16, U-18 və U-20 yığmalarının da rəqibləri müəyyənləşib.

C divizionunda yer alan U-16 millisi Avstriya, Ermənistan, San Marino, Albaniya və Moldova ilə birgə A qrupuna düşüb. Bu qrupun oyunları 3 – 11 iyulda San Marinonun Serravalle şəhərində keçiriləcək.

B divizonunda qərarlaşan U-18 yığması B qrupunda Belçika, Macarıstan, Gürcüstan, Estoniya və Avstriya ilə birgə 27 iyul – 5 avuqstda Makedoniyanın paytaxtı Skopyedə mübarizə aparacaq.

B divizionunda çıxış edəcək U-20 isə Litva, Belçika, Belarus və Makedoniyaya rəqib olub. Bu komandaların yer aldıqları A qrupunun oyunları 13 – 22 iyulda Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button