2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa çempionunu məhkəməsi başladı

Renad Əliyev qardaşının müxalifyönlü fikirlərinə görə həbs edildiyini deyir

Saytların yığılması Saytlarin yigilmasi

Martın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Avropa çempionu Renad Əliyevin növbəti məhkəmə prosesi keçirilib. 

Meydan TV-nin məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib. 

R.Əliyev elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. O, Bakıda keçirilən 1-ci Avropa Oyunlarında karate üzrə hakim kimi iştirak etdiyini də deyib. İdmançı narkotik ittihamı haqqında danışaraq qeyd edib ki, ötən il sentyabrın 20-də dostları ilə kafedə olub: “Kafedən çıxandan sonra mənə 3 nəfər yaxınlaşdı və avtomobilə əyləşdirərək, Bakı Şəhər Baş Polis İdarəsinə apardılar. Məndə narkotik vasitə olduğunu dedilər. Mən də inkar etdim”. 

R. Əliyev günahsız olduğunu və qardaşı Riyad Əliyevin müxalifyönlü fikirlərinə görə sifarişlə həbs olunduğunu deyib. 

Hakim R.Əliyevin ibtidai istintaqa verdiyi ilkin ifadəsində cinayətini etiraf etdiyini xatırladıb və bunun məhkəmədəki ifadə ilə ziddiyyət təşkil etdiyini deyib. R.Əliyev isə istintaqa ilkin ifadəsini təzyiq altında verdiyini qeyd edib. 

Növbəti məhkəmə iclası aprelin 4-də keçiriləcək. 

Renad Əliyev karatenin şotokan və vado ryu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsidir.

Renad Əliyev ötən il oktyabrın 18-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz narkotik vasitə dövriyyəsi) maddəsinə əsasən ittiham olunur.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button