SEÇMƏ

Avropa elektrik enerjisinin kəsilməsi ilə bağlı xəbərdarlıq edir

Yayımlandı: 24 Noyabr 2022 17:42

Səbəb kimi tələbatın yaxın aylarda pik həddə çatacağı göstərilir

Avropaya normaldan mülayim payız aylarından sonra sərt qış havası gəlir.

“Bloomberg” yazır ki, soyuq temperatur bölgənin kövrək enerji sistemlərini sınaqdan keçirməyə hazırlaşır.
Belə ki, Rusiyadan qaz axınlarının kəskin azalması və nüvə enerjisinin uzun müddət dayanması nəticəsində enerji sektoru böyük zərər görüb.

Fransadan Finlandiyaya qədər – bütün hökumətlər elektrik çatışmazlığı və elektrik enerjisinin kəsilməsi barədə xəbərdarlıq ediblər. Səbəb kimi tələbatın yaxın aylarda pik həddə çatacağını göstəriblər.

ABŞ-ın Kolorado ştatının Westminster şəhərində yerləşən kosmik texnologiya şirkəti olan “Maxar Technologies Inc”-in məlumatına görə, Avropanın böyük hissəsi növbəti iki həftə ərzində proqnozlaşdırılandan daha soyuq havaya hazırlaşır. Dekabrın 3-də Berlində temperaturun -3,5 dərəcəyədək enəcəyi gözlənilir.

Amsterdam Helsinki və Stokholm şəhərlərində də temperaturun mövsümi normaların altına enəcəyi gözlənilir.

Qeyri-adi şəkildə isti keçən payız Avropanın qış üçün güclü qaz anbarı səviyyəsini yaratması demək idi.

Hazırda anbarlar demək olar ki, 95 faiz dolu olsa da, son 10 gündə həddən artıq sürətli şəkildə azalmağa başlayıb.

“Maxar Technologies Inc”-in məlumatına görə, Fransa, İspaniya və Portuqaliya yaxın bir neçə gün ərzində mülayim qalacaq, lakin gələn həftə hazırkı hava şəraiti sürətlə soyumağa başlayacaq.
Sinoptiklər bildirir ki, Norveç və İsveçin şimalında 6-10 gün ərzində daha yüngül hava şəraiti olacağı gözlənilir.

Meydan TV

Gözdən qaçırmayın:  İlham Əliyev vitse-prezidentin daha bir köməkçisini özünə köməkçi təyin etdi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button