Manşet

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “24 saat”-ın şikayətini araşdırır

Loading...

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “24 saat”-ın şikayətini araşdırır – bu barədə hudoc.echr.coe.int saytı 22 noyabr 2021-ci ildə məlumat paylaşıb.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən beş şikayəti araşdırmağa başlayıb. Araşdılan işlərdən 4-ü ölkə ərazisində blok edilmiş media saytlarının şikayətləridir.

AzadlıqRadiosu və başqa 3 ərizəçi Azərbaycana qarşı

Bu işlər AzadlıqRadiosunun (azadliq.org), anaxeber.az, az24saat.org və xural.com saytlarının Rabitə Nazirliyinin müraciəti üzrə, məhkəmə qərarları ilə məhdudlaşdırılması ilə bağlıdır. Həmin məhkəmə qərarları milli təhlükəsizliyin, ərazi bütövlüyünün, ictimai asayişin və iğtişaşların və cinayətlərin qarşısının alınması maraqları ilə əsaslandırılıb.

Ərizəçilər şikayətlərində Konvensiyanın 10 və 18-ci, eləcə də digər maddələrinin pozulduğunu iddia edirlər.

Xatırladaq 2018-ci il Avqustun 6-da saat 00:15-də “24saat.org” saytının elektron poçtuna Elektron Təhlükəsizlik Xidmətinin direktoru Faiq Fərmanov tərəfindən xəbərdarlıq məktubu daxil olub. Xəbərdarlıqda prezidentin köməkçisi Əli Həsənovun adının çəkildiyi 4 yazının 8 saat ərzində silinməsi tələb edilib.

Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər

Mətbuat Şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi

İlham Əliyevə yanlış məlumat verən şəxs ƏLİ HƏSƏNOVDUR? – ANALİZ

APA-nı kim, niyə bağladı?

Bildək ki, “24 saat” saytınıb Baş redaktoru məhkəmənin tələbinin qanunsuz və anlaşılmaz olduğu üçün yazıların silinməyəcəyini bildirib.

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button