2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının şikayəti üzrə kommunikasiyaya başlayıb

Bakı/28.10.21 Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının şikayəti üzrə kommunikasiyaya başlayıb. Şikayət partiyanın təsis sənədlərinə edilmiş dəyişikliklərin Ədliyyə Nazirliyində qeydiyyata alınmaması ilə bağlıdır. Bu barədə aihmaz.org saytı məlumat yayıb.

2015-ci ilin sentyabrında Azərbaycan Xalq Cəbhəsi Partiyası öz qurultayını keçirib, qurultay Əli Kərimlini yenidən partiyaya sədr seçib və partiyanın əsas rəhbər orqanlarının üzvlərini təsdiq edib.

Həmin ilin oktyabrında Azərbaycan Xalq Cəbhəsi Partiyası adından daha bir  qurultay keçirilib və Razi  Nurullayev partiya sədri elan edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Hər iki qurultayın qərarları qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim edilib. 

Lakin Azərbaycan Xalq Cəbhəsi Partiyası bildirib ki, “alternativ qurultay” Nurullayev də daxil olmaqla, partiya üzvlüyü ləğv edilmiş və partiyanın adından çıxış etmək səlahiyyəti olmayan şəxslər tərəfindən keçirilib.

Bununla belə, Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının legitim strukturlarının qərarını qeydiyyata almaqdan imtina edib. 

Partiya Ədliyyə Nazirliyindən yerli məhkəmələrə şikayət edib, lakin imtina alıb.

Bundan sonra partiya Avropa İnsan Hüquqları Məhkəməsinə  müraciət edərək Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 11-ci (assosiasiyaların azadlığı),  13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) və  18-ci  (hüquqların məhdudlaşdırılmasının hədləri) maddələrinin pozulmasını tanımağı xahiş edib.

Çünki partiya hesab edir ki, təsis sənədlərinin qeydiyyatdan imtina edilməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyasi motivlərlə təqib olunması kampaniyasının tərkib hissəsidir.

Bəyanatda Azərbaycan Xalq Cəbhəsi Partiyası  fəallarının həbsi və partiya lideri Əli Kərimlinin ölkədən getməsinə qanunsuz qadağa qoyulması da göstərilir.—03B06-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button