SEÇMƏ

Avropa İttifaqı 11 İran vətəndaşına və 4 təşkilata sanksiya tətbiq edib

Yayımlandı: 20 Oktyabr 2022 11:58

Brüsseldə Amininin ölümü ilə bağlı hərtərəfli təhqiqatın aparılması istənilir

Avropa İttifaqı (Aİ) insan haqlarının pozulmasında günahkar olan və Mahsa Amininin qətlində suçlanan 11 İran vətəndaşına və 4 təşkilata qarşı sanksiya tətbiq edib.

Aİ-nin “qara siyahısı”nda İranın hüquq-mühafizə orqanları, əxlaq polisi, eləcə də ölkədə internetin söndürülməsinə görə məsuliyyət daşıyan informasiya və texnologiyalar naziri yer alıb.

Brüssel Amininin ölümü ilə bağlı hərtərəfli təhqiqatın aparılmasını tələb edir.

Avropa Birliyinin xarici işlər naziri Jozap Borrel isə üzv dövlətlərin Tehranın Kiyevi vurmaqda istifadə etdiyi pilotsuz uçuş aparatlarının Moskvaya tədarükü ilə bağlı İrana qarşı addım atacağı haqda düşündüyünü deyib.

Rəsmi Tehran Moskavaya pilotsuz uçuş aparatlarının verilməsi faktını inkar edir.J.Borrel “Biz dəlillər toplayırıq və lazım gələrsə, əlimizdə olan vasitələrlə cavab verməyə hazır olacağıq”,- deyə əlavə edib.

Meydan TV

Gözdən qaçırmayın:  “Nənələrimiz də bu yaşda uşaq doğub”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button