2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Avropa İttifaqı ‘amansız’ Rusiyaya sanksiyalar qoya biləcəkmi?


Avropa İttifaqının xarici işlər komissarı Josep Borrel deyib ki, onun ötən həftə Moakvaya səfəri Rusiyanın “qorxulu, avtoritar” yol seçdiyini göstərib.

Fevralın 9-da Avropa Parlamentində çıxış edən Borrel bildirib ki, Rusiyanı Aleksey Navalnının həbsinə görə yeni sanksiyalar gözləyə bilər.

Komissar deyib ki, Kreml insan haqları müzakirənin bir hissəsi olan heç bir dialoqda iştirak etmək niyyətində deyil:

Saytların yığılması Saytlarin yigilmasi

“Belə görünür ki, orada demokratik alternativlərin inkişaf üçün heç bir məkan yoxdur və onlar belə cəhdlərin qarşısını almaqda amansızdırlar. Rusiyanın hakimiyyət strukturu iqtisadi maraqlar, hərbi və siyasi nəzarətlə birlikdə qanunun demokratik aliliyi üçün heç bir yer qoymur”.

Moskva və Avropa İttifaqı arasında münasibətlər 2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edəndən və Ukrayanın şərqində separatçı münaqişəni qızışdırandan sonra korlanıb.

Bu münasibətlər Rusiyanın Belarus lideri Alyaksandr Lukaşenkaya müxalifətin əzişdirilməsində dəstək verməsindən sonra daha da pisləşib.

 

“İttifaq Moskva ilə daimi qarşıdurmadan çəkinməlidir”

Müxalifət siyasətçisi Aleksey Navalnının hərbi təyinatlı kimyəvi maddə ilə zəhərlənməsindən sonra isə blok Moskvaya qarşı yeni sanksiyalardan söz açmağa başlayıb.

Borrel deyib ki, Rusiya Avropa İttifaqı üzvlərinin arasına ixtilaf salmağa çalışır.

Lakin o əlavə edib ki, Rusiyaya münasibətdə yeni sanksiyalar nəzərdən keçirilsə də, ittifaq Moskva ilə daimi qarşıdurmadan çəkinməlidir:

“Növbəti addımlar barədə qərar qəbul etmək üzv ölkələrin işidir və bura yeni sanksiyalar da daxil edilə bilər”.

Borrel bildirib ki, Moskvaya qarşı tədbirlər fevralın 22-də Avropa xarici işlər nazirlərinin görüşündə və ya Aİ-nin martda keçiriləcək sammitində müzakirə oluna bilər.

Borrel Moskva səfərini gərgin, onun xarici işlər naziri Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransının tonunu isə “aqressiv” kimi dəyərləndirmişdi.

Bu konfransda Lavrov Avropa İttifaqını “etibarsız partnyor” adlandırmışdı.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button