2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Avropa İttifaqı Azərbaycan üçün" fotosərgisi

Bakı/21.10.21 Bu gün, oktyabrın 21-i Bakıda keçirilən “Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) fotosərgisinin bağlanış mərasimi olub.

Bu sərgidə 100-dən çox şəkil var. Bu şəkillərdə Avropa İttifaqı tərəfindən Azərbaycanda həyata keçiirlən müxtəlif layihələr, məsələn kənd yerlərinin və regionlarının inkişaf etdirilməsi, ailə təsərrüfatı və müxtəlif mədəni tədbirlərdən ibarətdir.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko bildirib ki, Təhsil Nazirliyi ilə birlikdə həyata keçirilən layihə çərçivəsində 10-a yaxın şəhər və regionda 3-4 yaşlarında uşaqlar üçün 50-ə qədər məktəbə qədər qruplar qurulub, 8-dən çox müxtəlif şəhərdə onların maliyyə savadı və sahibkarlıq bacarığı inkişaf etditmək üçün 4900-dən çox şagird və 170-dən çox müəllim üçün təlimlər təşkil olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda, səfir Mixalko Azərbaycanın koronavirus pandemiyasına və onun fəsadlarına qarşı mübarizəsini dəstəklədiyini də deyib. Onun sözlərinə görə, Avropa İttifaqı koronavirusa qarşı dərmanların ədalətli bölüşdürülməsini nəzərdə tutan “COVAX” beynəlxalq platformasının tərəfdarıdır.

Diplomat həmçinin pandemiyaya qarşı tədbirlər çərçivəsində Azərbaycanda Aİ-nin dəstəyi ilə tibbi heyət üçün təlimlərin keçirildiyini də xatırladıb. -0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button