2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa İttifaqı Azərbaycanda müxalifətçilərin azad edilməsini tələb edir

Fransanın “Le Parisien” qəzeti Azərbaycandakı son həbslərə diqqət çəkib. Yazını  təqdim edirik:

Beynəlxalq QHT-lər Azərbaycanda, insan haqlarının pozulmasının çoxalmasından narahatdır

Saytların yığılması Saytlarin yigilmasi

«O, Gürcüstanda oğurlandı döyüldü və Azərbaycan güc trukturlarına təhvil verildi».

Bu günlərdə, Avropa Birliyi Azərbaycanda qaçırılan, həbs olunan jurnalistləri həmçinin digər rəqibləri dərhal azad etməyə çağırdı.
Azərbaycan mütəmadi olaraq, Beynəlxalq QHT-lər tərəfindən insan hüquqları və mətbuat azadlığının pozulmasına görə tənqid edilir. İlham Əliyev rejimi isə, bu ittihamları qəbul etmir.

“İfadə azadlığı da daxil olmaqla fundamental insan hüquqlarının tətbiqi ilə bağlı həbslərin hər birinin yoxlanılması və bu həbslərlə əlaqəli olan şəxslərin dərhal azad edilməsi vacibdir”, deyə Avropa Birliyi bir bəyanatda tələb edib.
“Biz nəzərdə tutulmuş hüquqi prosesin, həmçinin vətəndaşların, başqa bir ölkənin hüquqi sakini olsalar da, mülki və siyasi hüquqlarının hörmət edilməsini tələb edirik”,- deyə, jurnalist Əfqan Muxtarlı, və keçən ay saxlanılmış AXC partiyasının vitze-prezidenti Gözəl Bayramlının işi təfərrüatlı şəkildə hallandırılmadan bəyanata əlavə edilir.

“Dəhşətli qaçırma”
Vəkil Elçin Sadıqov bildirir ki, jurnalist 2015-ci ildən Azərbaycandan qaçaraq, Gürcüstana sürgün ediləndən bəri prezident İlham Əliyevi tənqid etməyə davam edirdi. Ona görə də 30 mayda Gürcüstanda tanimadığımız adamlar tərəfindən oğurlanaraq döyülüb, Azərbaycana təhvil verilib.

Cənab Muxtarlı Azərbaycanda məhkəmə qərarı ilə qanunsuz sərhədi keçmək və pul keçirtməyə cəhddən ittiham edilərək 3 aylıq müvəqqəti həbs edilmişdir.

Amnesty International onun azad edilməsini tələb edir və bildirir ki, gürcü hakimiyyəti də “bu dəhşətli oğurluqda şərik” kimi görünür. Tiflis hər hansı bir iştirakı inkar edib və istintaq qərarı elan edib, AB tərəfindən qiymətləndirilən bir qərar. “Dərhal azad edilməsi vacibdir”, deyə Avropa Birliyi bir bəyanatda tələb edib.
AXCP lideri Ali Kərimli bildirir ki, Gözəl Bayramlı Gürcüstandan Azərbaycana keçərkən həbs edilib. Amerika diplomatları da həbs olunan jurnalist və siyası muxalifləri həbsdən azad etməyi tələb etdi.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button