2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Avropa İttifaqı Azərbaycandan şərtsiz qaz almağı planlaşdırır

Yayımlandı: 14 İyul 2022 17:20

Ekspert: “Bu layihə Azərbaycanın neftdən qaza transferini gəlir baxımından əvəzləyəcək”

Avropa İttifaqı Rusiyadan asılılığı azaltmaq üçün Azərbaycanla qaz idxalı haqqında qeyd-şərtsiz saziş imzalamağa hazırlaşır.

Saytların yığılması Saytlarin yigilmasi

Bu, Aİ və Azərbaycan arasında “Strateji tərəfdaşlıq Xəzərdən təbii qazın Avropa İttifaqına və ola bilər ki, Balkanlara tədarükünü” nəzərdə tutur.

Bu barədə “Turan” “EUobserver” nəşrinə istinadən məlumat yayıb.

Bildirilib ki, sazişdə 2027-ci ildə 20 milyard kubmetr qaz tədarükü nəzərdə tutulur:

“Bunun üçün böyük investisiyalar yatırılacaq və Cənub Qaz Dəhlizi şəbəkəsi genişləndiriləcək”.

“Saziş layihəsində Azərbaycanın Ermənistanla “dondurulmuş münaqişəsinə” toxunulur və “bir-birinin ərazi bütövlüyünə, beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət və dəstək” ifadə olunur”,-deyə vurğulanıb.

Aİ nümayəndələri memorandumun nə zaman imzalana biləcəyini açıqlamasa da, qurumun energetika üzrə komissarı Kadri Simson bu ayın sonunda Bakıya gələcək.

İyulun 19-da isə Brüsseldə tərəflər arasında danışıqların aparılacağı bildirilir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban məlumatı Meydan TV-yə şərh edərkən xatırladıb ki, 2018-ci ildə Azərbaycan “Şahdəniz 2” layihəsi üzrə qazını bazara çıxarıb:

“Bundan sonrakı mərhələdə “Şahdəniz 2″ qazının Avropa bazarına çıxarılması 2020-ci ilin dekarın 31-də baş tutdu. Növbəti mərhələdə isə 2013-cü ildəki razılaşmaya əsasən Avropada Azərbaycan qazını daşıyan Trans Adiratik Boru (TAP) kəmərinin buraxılıcaq gücünün 2 dəfə artırılması gündəmə gəldi. O vaxtdan bəri 2021-2022-ci illər də daxil olmaqla Bakı və Brüssel arasında razılaşmanın kommersiya sazişinə çevrilməsi üzərində danışıqlar gedir. Bir neçə aydan sonra bunun kommersiya sazişinə çevrilməsini müşahidə edə bilərik”.

İlham Şaban. Mənbə: “Turan”

İlham Şabanın sözlərinə görə, imzalanacaq saziş sıradan bir sənəd deyil:

“Sənəd imzalanandan sonra Avropa Birliyinin üzv ökələrinin hər biri bunu ratifikasiya edəcək. Bu, Bakı ilə Brüssel arasında indiyə qədər mövcud olmuş sazişlərdən iqtisadi baxımdan çox böyük önəm daşıyır”.

Ekspert sənədin Azərbaycan üçün hansı üstünlükləri olacağı barədə suala belə cavab verib:

“Təsəvvür edin ki, “Şahdəniz”dən sonra ikinci böyük qaz yatağımız “Abşeron”dur. Bu yataqdan 350 milyard kubmetr qaz çıxarıla bilər ki, bunun 50 milyard kubmetri daxili bazar üçün nəzərdə tutulub. Qalanı xarici bazarda satılacaq. İndiyə qədər həmin yatağın işlənməsi sual altında qalırdı. Yəni hansı həcmdə və hansı müddətə sualları haqda qazın alıcılarından xəbər yox idi”.

“Necə ki, vaxtilə “Şahdəniz 2” yatağı böyük bazarlara çıxarıldı, indi ikinci böyük qaz yatağı olan “Abşeron”un tam işlənməsi gündəmə gəlir. Avropadan sızan məlumatlara görə 2027-ci ildə genişləndirilmiş Cənub-Qaz Dəhlizi ilə Azərbaycandan hər hansı şərt irəli sürmədən qaz almaq niyyətini ortaya qoyub. Söhbət 10 milyard kubmetrdən çox qazdan gedir”, – İlham Şaban deyib.

Ekspertin fikrincə, çox maraqlı məqam odur ki, üçüncü enerji paketinə görə Avropanın ərazisinə daxil olan boru kəməri 50 faizdən çox bir təchizatçının inhisarında ola bilməz:

“Beləliklə, yaxın 35-40 il üçün neft gəlirlərini müəyyən qədər əvəzləyəcək bir layihənin olacağını demək olar. Yəni bu layihə Azərbaycanın neftdən qaza transferini gəlir baxımından əvəzləyəcək”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button