2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Avropa İttifaqı azgəlirli ölkələrə əlavə 200 milyon doza peyvəndin göndəriləcəyinə söz verib

Avropa İttifaqı 2022-ci ilin ortalarına qədər azgəlirli ölkələrə 200 milyon dozada COVID-19 peyvəndi bağışlayacağını vəd edib.

Avropa Komissiyasının sədri Ursula Von der Leyen bunu çərşənbə günü Fransanın Strasburq şəhərində Avropa Parlamenti qarşısında Avropa İttifaqının vəziyyəti mövzusunda illik çıxışı zamanı deyib. Von der Leyen Avropa İttifaqının planlaşdırdığı 200 milyon dozanın daha öncə “həmrəyliyə və qlobal sağlamlığa sərmayə” olaraq xarakterizə etdiyi 250 milyon dozaya əlavə olduğunu bildirib.

Von der Leyen bütün qlobal COVID-19 peyvəndi dozalarının 1%-dən azının aşağı və orta gəlirli ölkələrdə tətbiq edildiyini və bunun “ədalətsizlik” olduğunu deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Gəlin bunun peyvənd edilməyənlərin pandemiyasına çevrilməməsi üçün əlimizdən gələn hər şeyi edək” – deyə, o, Avropa İttifaqının qanunvericilərinə müraciət edib.

Bu arada ABŞ hərbi qüvvələrinin rəsmiləri hərbçilərin hamısının məcburi peyvənd edilməsi barədə əmr verib. Çərşənbə günü rəsmilər hərbi qulluqda olan bütün əsgərlərin dekabrın 15-nə, ehtiyatda olan və Milli Qvardiya əsgərlərinin isə 2022-ci il iyunun 30-na qədər COVID-19 əleyhinə tam peyvənd olunacaqlarının gözlənildiyini bildirib.

ABŞ-ın uzaq şimal-qərb Alyaska ştatının ən böyük xəstəxanası çərşənbə axşamı ştatda COVID-19-a yeni yoluxma hallarının sürətlə yayıldığını bildirib. Ştatın Ankoric şəhərindəki Providence Alyaska Tibbi Mərkəzinin çərşənbə axşamı bildirdiyinə görə, hazırda xəstəxana “böhran standartı” şəraitində fəaliyyət göstərir. Bu isə o deməkdir ki, bütün xəstələrə bərabər tibbi xidmət göstərilə bilmir.

Xəstəxanadan verilən açıqlamada deyilib ki, təcili yardım bölməsində COVID-19 xəstələrinin həddən artıq çox olması səbəbindən təcili tibbi yardıma ehtiyacı olan digər xəstələr saatlarla avtomobillərində gözləməli olur.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button