AZ24SAAT.ORG

Now Reading:
Avropa İttifaqı Bakını siyasi məhbusları təcili azad etməyə çağırır

Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik Komissarlığının sözçüsü iyunun 18-də bidlirib ki, ittifaq Azərbycandakı insan haqlarının ciddi pozuntularından xəbərdardır və bu məsələni israrlı olaraq bütün səviyyələrdə qaldırır.

Sözçü bildirir ki, Azərbaycanın 2018-ci ilin mayından bəri davranışı təməl insan haqlarına ehtiram edilməsi sahəsində ciddi suallar doğurur və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müsbət inkişafı ilə ziddiyyət təşkil edir.

Bəyanatda deyilir ki, bu davranışlar dedikdə ilk növbədə müxalifət partiya üzvlərinin saxlanmaları, siyasi fəallara qarşı pis rəftar edilməsi və jurnalistlər də daxil onların bir neçəsinə qarşı cinayət işlərinin qaldırılması nəzərdə tutulur.

Avropa İttifaqının bəyanatında deyilir ki, insan haqları müdafiəçilərinin Vəkillər Kollegiyasından çıxarılması bu mənada daha ciddi narahatlıq doğurur.

Bəyanatda deyilir ki, Avropa İttifaqı İlqar Məmmədov və Əfqan Muxtarlı ilə bağlı işlərin gedişatını diqqətlə izləyir…

Sənəddə qeyd olunur ki, fundamental hüquqlardan istifadəyə görə məhbus edilmiş şəxslərin məsələsinə təcili olaraq yenidən baxılmalıdır.

Sözçü qeyd edib ki, bu şəxslər Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq azad olunmalıdırlar.

Bəyanatda deyilir ki, Avropa İttifaqı insan haqları da daxil Azərbaycanla bütün askpektlərdə işləməyə hazırdır.

Bu da xatırladılır ki, sözü gedən məsələlər Azərbaycanla hərtərəfli münasibətlərə dair yeni sazişin, habelə Azərbaycanın Aİ ilə partnyorluq münasibətləri çərçivəsində müzakirə olunmaqda davam edir.

azadliq.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.