2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Avropa İttifaqı bu dəfə Rusiya qazına sanksiya tətbiq etməyəcək

Yayımlandı: 14 İyul 2022 13:12

Petr Fiala: “Enerji idxalına sanksiyalar Aİ ölkələrinə daha mənfi təsir edir”

Rusiya qazına qoyulan embarqo Avropa İttifaqının (Aİ) yeni sanksiyalar paketinə daxil edilməyəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bu aşıqlamanı Çexiyanın Baş naziri Petr Fiala “Reuters” agentliyinə verib.

Onun sözlərinə görə, Aİ ölkələri indiki mərhələdə yeddinci sanksiyalar paketinə Rusiya qazının idxalına qadağa qoymağı planlaşdırmır.

P.Fiala deyib ki, enerji idxalına məhdudiyyətlər həmişə çətin məsələdir:

“Çünki sanksiyaların Rusiyaya qadağalar tətbiq edən ölkələrə nisbətən daha çox təsir göstərməsi qaydasına riayət edilməlidir. Bir sıra ittifaq ölkələri Rusiya qazından çox asılıdır”.

Amma o əlavə edib ki, yeni sanksiyalar paketinə Rusiyadan qızıl idxalına qadağa da daxil olacaq.

Petr Fiala. Mənbə: “Reuters”

Həmçinin şəxsi sanksiyaların və Rusiyaya ixracı qadağan edilən ikili təyinatlı məhsulların siyahısının genişləndirilməsi planlaşdırılır.

Baş nazir yaxın vaxtlarda yeddinci sanksiyalar paketinin elan olunacağını bildirib.

Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan sonra ABŞ, Avropa Birliyi və onlara qoşulan ölkələr Rusiyaya qarşı bir neçə sanksiya paketi təqdim edib.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button