2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Avropa İttifaqı Cənub Qaz Dəhlizi ilə qaz tədarükünün artırılmasına ümid edir

Bakı/04.02.22 Avropa İttifaqı TAP-ın (Transadriatik qaz kəməri) ixrac imkanlarının ən yaxın gələcəkdə artacağına və layihədə nəzərdə tutulan illik 10 milyard kubmetrə çatacağına ümid edir. Bu barədə cümə günü Bakıda Energetika məsələləri üzrə Avropa Komissarı Kadri Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. 

“Biz Azərbaycandan Avropaya təbii qaz tədarükünü 10 mlrd. kubmetrə çatdırmaq istəyirik. Bunun üçün biz təhlükəsiz təchizatın təmin edilməsinə nail olmalıyıq”, deyə o bildirib.

Onun sözlərinə görə, Aİ Cənub Qaz Dəhlizinin imkanlarının genişləndirilməsinin və “Şahdəniz” yatağından tədarükün artırılmasının tərəfdarıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Cənub Qaz Dəhlizi Cənub-Şərqi Avropaya etibarlı qaz tədarükündə mühüm rol oynayır. “Hazırda enerji bazarında qiymətlərin artması müşahidə olunur, buna görə də Cənub Qaz Dəhlizi Avropanın bu hissəsinin enerji təchizatı üçün vacibdir”, deyə o qeyd edib. -06Â-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button