2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Avropa İttifaqı nümayəndəliyi İnsan Hüquqları Gününə həsr olunmuş videomüsabiqə elan edir

Bakı/26.10.21.  Avropa İttifaqı  nümayəndəliyi 10 dekabr – İnsan Hüquqları Gününə həsr olunmuş videomüsabiqə təşkil edir. Məqsəd insan hüquqları haqda məlumatlılığı artırmaqdır.

14-18 yaş arasında olan iştirakçılar fərdi və ya qrup şəklində insan hüquqları mövzusunda 2-4 dəqiqəlik videoklip hazırlamağa dəvət olunurlar.

Münsiflər Heyəti  ən çox bəyənilən üç   videonu seçəcək. Videolar uşaq və gənclər də daxil olmaqla, hər kəsin insan hüquqlarına hörmət edilməsinin vacibliyi haqda məlumatlandırılmasının artırılması baxımından onların səmərəliliyinə; orijinallıq və yaradıcılığına; və video keyfiyyətinə görə qiymətləndiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Birinci yerin qalibinə GoPro videokamerası hədiyyə ediləcək.

Müsabiqədə 2-ci və 3-cü yerləri tutanlara  müvafiq olaraq iPad və eBook reader hədiyyə olunacaq. Qalib komandalar 2021-ci ilin dekabrında karantin şərtlərinə uyğun olaraq təşkil ediləcək tədbirdə mükafatlandırılacaqlar.

Üç qalib video Avropa İttifaqı  nümayəndəliyinin onlayn platformalarında paylaşılacaq. Avropa İttifaqı  nümayəndəliyi tərəfindən göstərilən səyləri qiymətləndirmək üçün bütün iştirakçılara sertifikatlar veriləcək.

Təqdim olunan video ilə bərabər ərizə forması və videonun ingilis dilində qısa məsmuzu 25 noyabr 2021 tarixinə qədər WeTransfer vasitəsilə [email protected] poçt qutusuna göndərilməlidir.

Video Azərbaycan və ya ingilis dilində ola bilər. Videoda görüntüsü olan 18 yaşından kiçik şəxslər üçün valideyn və ya qəyyumdan yazılı icazə daxil edilməlidir. 

Ərizə forması və Müsabiqənin Rəsmi Qaydaları ilə Avropa İttifaqı  nümayəndəliyinin İnternet səhifəsindən tanış olmaq olar. 

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button