2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib

Avropa İttifaqı (Aİ) Ukraynaya təcavüzünə görə Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul edilib. Bu barədə Avropa Xarici Siyasət Departamentinin rəhbəri Xosep Borrell Tvitter hesabında məlumat paylaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Diplomat qeyd edib ki, yeni sanksiyaların ən azı altı min ukraynalı uşağın deportasiyası və məcburi övladlığa götürülməsinə görə məsuliyyət daşıyanlara da təsir edəcək.

Yeni sanksiya siyahısına 121 nəfər, o cümlədən 96 təşkilat daxil edilib.

Brüssel 10-cu məhdudiyyətlər paketini Rusiya ilə Ukraynaya təcavüzünün ildönümünə, fevralın 24-nə qədər qəbul etməyi planlaşdırsa da Polşanın etirazları səbəbindən gecikib. Beləki Polşa Rusiyaya qarşı təklif olunan sanksiyaların sanksiyaların çox yumşaq olduğunu bildirib. Bu səbəbdən də müzakirələr uzanıb və sənəd bir gün sonra qəbul edilib.

Fevralın 25-nə keçən gecə Varşava Rusiyanın almaz, rezin və nüvə sənayesi müəssisələri üçün də gələcəkdə sanksiyaların tətbiq ediləcəyi şərtindən sonra razılığa gəlib. Polşanın əsas rəqibləri Almaniya və İtaliya olub.

Aİ-nin yeni sanksiyalarla bağlı bəyanatına əsasən, məhdudiyyətlər ikili təyinatlı malların Rusiya ərazisindən tranzitinə şamil edilir. Rusiyaya xüsusi avadanlıq, ehtiyat hissələri və elektronikanın ixracı qadağandır.

Bundan əlavə, üç bank məhdudiyyətlərə məruz qalır. Onların adları hələ dəqiqləşdirilməyib.

“RT Arabic” və “Sputnik Arabic” telekanallarının yayımına və yayılmasına qadağa qoyulub.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button