2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Avropa İttifaqı səkkiz erməni hərbçinin azad edilməsini alqışlayır

Bakı/07.02.22 Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bu gün səkkiz erməni hərbçinin azad edilməsini alqışlayıb.

“Azərbaycanın saxlanılan səkkiz ermənini azad etməsi  və Ermənistana verməsi Fransa prezidentinin Ermənistanın baş naziri Paşinyan və Azərbaycan prezidenti Əliyevlə görüşündən sonrakı müsbət inkişafın növbəti əlamətidir.

Avropa İttifaqı bu regionda sabitlik və çiçəklənməni dəstəkləyir”, – Mişel Tvitter hesabında yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

Öz növbəsində, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Tvitterdə yazıb ki, Azərbaycanın saxlanılan erməniləri azad etməsini alqışlayır. “Bu, cümə günü Emmanuel Makron, Nikol Paşinyan, İlham Əliyev və Şarl Mişel arasında dördtərəfli görüşdən sonra baş vermiş mühüm humanitar jestdir”, – Klaar qeyd edib.-16D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button