2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Avropa İttifaqı sərhədlərin delimitasiyası və kommunikasiyaların açılmasında Azərbaycan və Ermənistana yardım etməyə hazırdır

Bakı/15.12.21 Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ötən gün Brüsseldə prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan ilə üçtərəfli görüşün yekunlarına dair bəyanatla çıxış edib. Avropa İttifaqının saytında dərc olunan sənəddə deyilir ki, Mişel münaqişənin aradan qaldırılmasında, hərtərəfli sülh sazişilə möhkəmləndirilmiş davamlı sülhün bərqərar edilməsi məqsədilə əməkdaşlıq və etimad mühitinin yaradılmasında təşkilatın Ermənistan və Azərbaycanla sıx əməkdaşlığa sadiq olduğunu hər iki liderə bildirib. Hər üç liderin ümumi məqsədi regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqaz qurmaqdır.

Mişelin sözlərinə görə, Əliyev və Paşinyan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində götürülmüş və 26 noyabr 2021-ci il Soçidə əldə edilmiş razılaşmalarla möhkəmləndirilmiş öhdəliklərin yerinə yetirilməsinə sadiq olduqlarını təsdiqləyblər.

Prezident Mişel Ermənistan-Azərbaycan sərhədində bu yaxınlarda baş vermiş silahlı toqquşmalardan sonra gərginliyin yatırılması üçün hər iki liderin atdığı addımları yüksək qiymətləndirib. Əsasən, prezident Mişelin köməyilə hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqə kanalının yaradılması uğurlu olduğu etiraf edilib. Bu mexanizm gələcək insidentlərin qarşısının alınmasına və yerlərdə gərginliyin azaldılmasına kömək etməklə müsbət təsir göstərə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident Mişel əsas humanitar məsələlərin həllinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O bu yaxınlarda Azərbaycanın saxlanılan on ermənini azad etməsini və Ermənistanın minalanmış ərazilərə dair yerdə qalan xəritələri verməsini alqışlayıb. O, yeni saxlanılanların azad edilməsi və itkin düşənlərin taleyinin həlli kimi həll olunmamış humanitar məsələlərin hamısını tam və tez bir zamanda həll etməyə çağırıb.

Avropa İttifaqı minalardan təmizləmə üzrə, o cümlədən münaqişə nəticəsində zərər çəkmiş əhaliyə ekspert məsləhətləşmələri və yardım göstərilməsi yoluyla, reabilitasiya və yenidənqurma işlərilə humanitar səyləri dəstəkləməkdə davam edəcək. Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməkdə davam edəcək.

Liderlər Avropa İttifaqı və hər iki ölkə arasında mövcud və perspektiv ticarət-iqtisadi tərəfdaşlığı müzakirə ediblər. Onlar həmçinin etimadın möhkəmləndirilməsi, dinc yanaşı yaşamaq və regionda iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün Avropa İttifaqının iqtisadi məsləhətləşmələr platformasına başlamaq niyyətini müzakirə ediblər.

Prezident Əliyev və baş nazir Paşinyan razılaşıblar ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlara başlamanın planlaşdırılması kontekstində yerlərdə gərginliyin azaldılması və əlverişli mühitin yaradılması üçün daha ciddi addımlar atılmalıdır. Prezident Mişel Yerevan və Bakını xoş niyyətlə aktiv hərəkətlərə və deskalasiya işlərinə çağırıb. O vurğulayıb ki, lazımi məsafənin təmin edilməsi insidentlərin qarşısının alınmasında vacib elementdir. Avropa İttifaqı hər iki ölkəyə texniki yardım göstərilməsi yoluyla sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinin dəstəklənməsi üçün məsləhət qrupu təqdim edəcək.

Həmçinin prezident Mişel Ermənistanla Azərbaycan arasında, daha geniş mənada Cənubi Qafqazda bütün ölkələrin suverenliyinə tam hörmətlə yanaşmaqla infrastruktur kommunikasiyalarının bərpasının vacibliyini vurğulayıb. Qarşılıqlı prinsip əsasında sərhəd və gömrük nəzarəti haqqında müvafiq razılaşmalarla dəmir yolu xətlərinin bərpasına başlanılması qərara alınıb. Avropa İttifaqı öz iqtisadi və investisiya planına uyğun olaraq nəqliyyat kommunikasiyalarının inkişafını dəstəkləməyə hazırdır. – 06B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button