2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Avropa İttifaqı Türkiyəyə sanksiya qoymağa tələsmir (VIDEO)


Avropa İttifaqı oktyabrın 16-da Türkiyənin şərqi Aralıq dənizindəki “birtərəfli hərəkətlərini və təxribatlarını” pisləyib.

Ankara hazırda dənizin bu bölgəsində Avropa İttifaqının üzvləri Yunanıstan və Kiprlə enerji ehtiyatlarına görə qarşıdurmadadır.

Avropa İttifaqı liderləri bu mübahisəni Türkiyə, Brüsselin bunu etməmək çağırışına rəğmən bu bölgəyə özünün kəşfiyyat gəmisini göndərdikdən sonra müzakirə ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

27 Avropa liderinin Brüsseldə keçirilən sammitdə qəbul etdiyi birgə bəyanatda “Türkiyənin şərqi Aralıq dənizindəki birtərəfli və təxribatçı hərəkətlərini bərpa etməsi” pislənir.

 

Merkel “müsbət aspektdə” işləməyə çağırır

Liderlər Türkiyəni bu hərəkətləri dayandırmağa çağırır, Yunanıstan və Kiprlə “tam həmrəylik” ifadə edirlər.

Almaniya kansleri Angela Merkel bu barədə deyib:

“Biz razılaşdıq ki, Türkiyənin təxribat xarakteri daşıyan birtərəfli hərəkətləri gərginliyi azaltmaq əvəzinə onu daha da artırır. Məncə, bu çox təəssüf doğuran bir haldır. Biz bu barədə gündəliyimizin müsbət aspektində işləməliyik”.

Bundan iki həftə əvvəl Avropa İttifaqı liderləri Ankara ilə gələcək münasibətlərini müzakirə etmişdilər.

Avqustda baş vermis buna bənzər qarşıdurma zamanı Türkiyə özünün Oruc Reis qazma-kəşfiyyat gəmisini Kipr və Yunanıstanın Krit və Kastellorizo adaları arasındakı mübahisəli sulara göndərmişdi.

 

Dekabradək heç bir qərar olmayacaq

Hər ikisi Yunanıstan və Türkiyənin NATO müttəfiqləri olan ABŞ və Almaniya Türkiyənin qazma-kəşfiyyat missiyasını “təxribat” adlandırmış və Ankaranı Oruc Reis gəmisini sözü gedən bölgədən geri çəkməyə çağırmışdılar.

Avropa İttifaqı Türkiyəyə sanksiyalar da daxil bütün variantların masa üstündə olduğuna dair xəbərdarlıq etmişdi.

Lakin blokun çox sərt bəyanatına rəğmən Avropa İttifaqı Şurasının prezidenti Charles Michel deyib ki, bu məsələdə ittifaqın ötən sammitdə razılaşdırdığı strategiyaya heç bir dəyişiklik edilməyəcək.

Həmin razılaşmaya görə Avropa İttifaqı Türkiyənin şərqi Aralıqdakı hərəkətlərini monitorinq etməli, hadisələrin inkişafını qiymətləndirməli və mümkün hərəkət barədə dekabrın 10-11-də keçiriləcək sammitdə qərar verməlidir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button