2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Avropa İttifaqı Ukrayna qüvvələrinə təlim verilməsini müzakirə edəcək

Avropa İttifaqı Ukrayna qüvvələri üçün ona qonşu ölkələrdə təlim proqramına başlanması məsələsini müzakirə edəcək

Saytların yığılması Saytlarin yigilmasi

Avropa İttifaqı Ukrayna qüvvələri üçün ona qonşu ölkələrdə təlim proqramına başlanması məsələsini müzakirə edəcək.

Bu barədə məlumatı avqustun 22-də ittifaqın xarici işlər komissarı Josep Borrel verib.

O mətbuat konfransında deyib:

“Əlbəttə bu çox böyük missiya olacaq. Hər bir missiya münaqişənin səviyyəsinə uyğun olmalıdır.”

Ukraynaya ABŞ və Qərb tərəfindən verilən silah, texnika və kəşfiyyat məlumatları Ukrayna qüvvələrinə Rusiya ordusunun hücumlarını dayandrımaq olmasa da, yavaşıtmaq imkanı verib.

Borrel deyib:

“Bu tamamilə məntiqli görünür ki, uzanan müharibə və onun daha da uzanacağının hiss olunması maddi təchizatdan daha artıq dəstək tələb edir. Biz üzv ölkələrlə bu məsələni müzakirə edirik və siyasi müzakirə gələn həftə olacaq”.

Borrel İspaniyanın Santander şəhərində keçirilən forumda bildirib ki, Avropa İttifaqının müdafiə nazirləri bu məsələni gələn həftə Praqada müzakirə edəcəklər.

Avropa xarici siyasət idarəsinin başçısı bu təlimlərin praktikada necə həyata keçiriləcəyi barədə detallara varmayıb.

O yalnız bunu deyib ki, nazirlər planı təsdiq edəcəklər.

Təlimlər Ukraynadan kənarda keçiləcək

Borrel bunu da deyib ki, ukraynalı hərbçilərə təlim öz vətənlərində deyil, qonşu ölkələrdə veriləcək.

O Polşanın, Çex Respublikasının və əslində Ukraynaya qonşu olmayan Birləşmiş Krallığın və Fransanın adlarını çəkib:

“Bizim verdiyimiz silahlar olduqca müasirdir. Onlardan istifadə olunması üçün çox mühüm təlim də verilməlidir. Amma biz bunu Ukraynanın öz ərazisində etməyəcəyik”.

Ötən payızın əvvəllərində Avropa İttifaqı bildirmişdi ki, Ukraynada Hərbi Məşvərət və Təlim Missiyası yaradılması məsələsinə baxılacaq.

Avropa mənbələrinin verdiyi məlumata görə hərbçilərə təlim verilməsi ricası ilə Borrelə Ukraynanın xarici işlər və müdafiə nazirləri müraciət ediblər.

Fevral ayında Rusiyanın müdaxiləsindən az əvvəl Avropa müdafiə nazirləri ukraynalılara təlim verilməsinə dair ilkin razılığa gəlmişdilər.

Ukraynaya müdaxilə başlanandan bəri Avropa İttifaqı Ukrayna üçün silahların alınmasına 2.5 milyard avro ayırıb.

24 saat” “
Avropa İttifaqı Ukrayna qüvvələrinə təlim verilməsini müzakirə edəcək
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button