2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Avropa İttifaqı Ukraynaya 1 milyon artilleriya mərmisi verəcək

Avropa İttifaqının liderləri martın 23-də Ukraynaya 1 milyon artilleriya mərmisi göndərilməsinə dair razılığa gəliblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bu mərmilər Ukraynaya növbəti 12 ay ərzində göndəriləcək.

Aİ xarici işlər və müdafiə nazirləri silahların sürətləndirilmiş qaydada alışı üçün planı bu həftə qəbul etmişdilər.

İttifaqın 27 üzvü bu planı martın 23-də Brüsseldə təsdiqləyiblər.

Bu barədə bəyanatda deyilir ki, “Avropa Komissiyası Avropa İttifaqının bütün üzvlərinin təhlükəsizliyi və müdafiəsi maraqlarını nəzərə alan qərarını alqışlayır”.

Məlumatda deyilir ki, Ukraynaya yer-yer tipli mərmilər, ehtiyac olarsa, raketlər veriləcək.

“Mərmi” dedikdə həm artilleriya, həm də tank və başqa hərbi texnika üçün sursat nəzərdə tutulur.

Ukrayna prezidenti Volodimir Zelenski bu qərarına görə Aİ-yə canlı videobağlantı ilə təşəkkürünü bildirib.

Bu da qeyd olunur ki, video əlaqəsi ilə danışarkən Zelenski qatarla yol gedirdi. Prezident Xersona və digər cəbhəyanı şəhərlərə səfərə çıxmışdı.

Bağlı qapılar arxasında aparılan müzakirələrdə iştirak etmiş bir diplomat adının çəkilməməsi şərtilə Associated Press agentliyinə deyib ki, Zelenski Avropa liderlərindən Kiyevə qırıcı təyyarələr və uzaqmənzilli raketlər verilməsini də rica edib.

Müharibənin başlanmasından artıq bir ildən çox vaxt keçib və Ukrayna sursat qıtlığını hiss etməyə başlayıb.

Buna görə də Estoniyanın baş naziri Kaya Kallas ötən ay Avropa İttifaqındakı həmkarlarına Ukrayna üçün birlikdə sursat alınması ideyasını təklif edib.

Bu metoddan bundan əvvəl koronavirus pandemiyası zamanı yoxsul ölkələr üçün vaksin alınması üçün istifadə edilmişdi.

Xanım Kallas martın 23-də keçirilən sammitdə deyib:

“Ukraynaya sursatın təcili qaydada göndərilməsinin kritik əhəmiyyəti var, çünki bu, müharibənin gedişində dönüş yarada bilər”.

İndiki plana görə Avropa İttifaqının Müdafiə Agentliyi Ukraynaya mərmilərin verilməsi ilə paralel olaraq üzv ölkələrin cəbbəxanalarının boş qalmaması üçün addımlar atacaq.

Belə addımlardan biri də agentliyə sursatın alınması üçün birbaşa istehsalçılarla danışıqlar aparmaq səlahiyyətinin verilmədir.

Bəzi hesablamalara görə Ukrayna hazırda günə 6-7 min mərmidən istifadə edir. Bu, Rusiyanın istifadə etdiyindən üç dəfə azdır.

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bəyan edib ki, blok Ukraynaya hərbi dəstəyini lazım olana qədər davam etdirəcək.

Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel bu həftə demişdi ki, üzv ölkələrin Ukraynaya verdiyi sursatın yerinin doldurulması üçün 1 milyard avro vəsait nəzərdə tutulub.

24 saat” “
Avropa İttifaqı Ukraynaya 1 milyon artilleriya mərmisi verəcək
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button