2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Avropa İttifaqı vətəndaşlarının Azərbaycana səfər etməsinə razılıq verdi

Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı səyahət siyahısını növbəti dəfə yeniləyib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Avropa Konqresindən edilən açıqlamaya görə, yeni növ koronavirus pandemiyası səbəbindən səyahət məhdudiyyətlərinin tətbiq edildiyi ölkələrin siyahısından 6 ölkə çıxarılaraq yeni biri əlavə edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Sözügedən ölkələr Albaniya, Azərbaycan, Ermənistan, Bruney, Yaponiya və Serbiyadır. Siyahıya yenicə daxil edilmiş ölkə isə Uruqvay olub.

Beləliklə də, hazırda səyahət məhdudiyyətlərinin tətbiq edildiyi ölkələr – Avstraliya, Bosniya və Herseqovina, Kanada, İordaniya, Yeni Zelandiya, Qətər, Moldova, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, Ukrayna və Uruqvaydır.

Həmçinin qeyd edilib ki, qarşılıqlı səyahət icazəsi veriləcəyi təqdirdə Çin ilə də sərhədlər açıq olacaq.

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button