2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Avropa İttifaqının xarici işlər nazirləri Belarus hökumətinə qarşı yeni sanksiyalar tələb edir

Avropa İttifaqının xarici işlər nazirləri müxalifətin təqiblərinə görə Belarusun avtoritar lideri Aleksandr Lukaşenko və onun rejiminə qarşı həyata keçirilən sanksiyalara cavab olaraq, qanunsuz miqrant axınının dayandırılması üçün yeni tədbirləri dəstəklədiklərini ifadə edib.

Çoxu Yaxın Şərqdən və Afrikadan olan miqrantların Avropa İttifaqının şərqindəki sərhədlərə axını davam etdiyi bir vaxt oktyabrın 18-də Brüsseldə toplaşan nazirlərdən bəziləri Minsk əleyhinə yeni sanksiyalar tətbiq edilməsini, eləcə də Belarusun Belavia dövlət hava yolları şirkətinə qarşı tədbirlər görülməsini tələb edib.

Almaniyanın xarici işlər naziri Heiko Maas jurnalistlərə verdiyi açıqlamasında “Biz artıq bu hava yolları kimi qaçqın daşıyaraq pul qazanan şirkətləri istəmirik” deyib və əlavə edib ki, Lukashenko “dövlət tərəfindən təşkil edilən insan qaçaqçılığı ilə məşğul olan bir qrupun patronu” halına gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Miqrantlar Belarus – Litva sərhədində

“Buna qarşı olduğumuzu vurğulamaq üçün sanksiyalara ehtiyacımız var” – deyə, Maas bildirib.

Keçənilki prezident seçkilərindən sonra Lukaşenkonun xeyrinə saxtalaşdırıldığını iddia edən müxalifətçilərə qarşı vəhşicəsinə təzyiq göstərdiyinə görə Brüssel Minskə qarşı sanksiyalar tətbiq edib.

Avropalı qanunvericilər bu sanksiyaların qisası olaraq Lukaşenko miqrant axınını asanlaşdırmaq üçün onların Belarusa gəlməsinə yardım edir. Daha sonra hökumət onları sərhədə göndərərək, Avropaya keçmək məcburiyyətində olduqlarını bildirir.

Minlərlə qeyri-qanuni miqrant Belarusdan sərhədi keçərək, əsasən qonşu Litva və Polşaya üz tutur. Varşava daimi sərhəd hasarının tikintisi çağırışları fonunda fövqəladə vəziyyət elan edib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button