2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Avropa Komissiyası Ukraynaya Aİ-yə namizədlik statusunun təqdim olunması təklifini irəli sürəcək

Avropa Komissiyası Ukraynaya Avropa İttifaqına (Aİ) namizədlik statusunun təqdim olunması təklifini irəli sürəcək. Son qərarsa Avropa İttifaqınındır.

Bu barədə yazan “Politico” iyunun 13-də Avropa Komissiyası üzvləri arasında keçirilən müzakirələrlə tanış olan bir neçə məmura istinad edir.

Saytların yığılması Saytlarin yigilmasi

Nəşrin mənbələri bəyan ediblər ki, Avropa Komissiyasında ukraynalıların verdikləri qurbanların fərqindədirlər. Üstəlik onlar Rusiya Prezidenti Vladimir Putinə Ukraynanı öz təsir dairəsinə qaytara bilmək üçün bütün şanslarını itirdiyi barədə güclü siqnal göndərilməsini zəruri sayırlar.

“Komissiya unutmur, Ukrayna Avropada yeganə ölkədir ki, orada insanlar həlak olublar, həmin insanlar küçələrdə əllərində Aİ-nın bayrağını tutduqları üçün atəşə məruz qalıblar. İndi biz onlara deyə bilmərik: “Uşaqlar, bağışlayın, siz yanlış bayraqları yelləmisiniz”, – yüksək vəzifəli məmur söyləyib.

Ukraynanın Avropa İttifaqına namizəd statusunu alması üçün Avropa Şurasında 27 dövlət başçısının və hökumətinin vahid razılığı lazımdır. Gözlənildiyinə görə, onlar bu məsələyə gələn həftə Brüsseldə baş tutacaq sammitdə baxacaqlar. Məmur və diplomatlar “Politico”ya bəyan ediblər ki, istənilən halda, üç ölkə indiyədək də bu məsələyə qarşı çıxır.

O ki qaldı namizəd statusu almaq üçün ərizə verən Moldova və Gürcüstana, məmurlar bəyan ediblər ki, Avropa Komissiyasında ümumilikdə Moldovanı dəstəkləyirlər. Belə ki, həmin ölkədə iqtidarda hazırda Avropayönümlü hökumətdir. Əvəzində onlar Gürcüstana münasibətdə daha əminsizdirlər. Çünki bu ölkə son illər “siyasi sarsıntılar”dan və aşkar geri çəkilən demokratiyadan əziyyət çəkir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button