2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa liberallarından Əfqan Muxtarlıya dəstək

Avropa naminə Liberallar və Demokratlar Alyansının (ALDE) Partiya Şurasının iyunun 3-də Sloveniyanın paytaxtı Lüblanda başlamış toplantısının sonunda iştirakçılar jurnalist Əfqan Muxtarlının həbsini qətiyyətlə pisləyən bəyanat qəbul ediblər. Bəyanat iyunun 6-sı yayılıb.

Sənəddə qeyd edilir ki, Ə.Muxtarlı Azərbaycan hökumətinin təqiblərindən Gürcüstanda sığınacaq tapıb. Amma mayın 29-da Tbilisidə oğurlanıb və Azərbaycana aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Buna da bax:​ Əfqan Muxtarlının iki istəyi var

“ALDE bir daha çətin şəraitdə işləyən və amansız avtoritar rejimlə mübarizə aparan, Avropanın ən repressiv rejimlərindən birində liberal dəyərləri müdafiə edən alyans üzvü, Müsavat Partiyasına tam dəstək ifadə edir”, – deyə ALDE-nin bəyanatında bildirilir.

Azad Demokratlar və Respublikaçılar partiyalarının şəxsində Gürcüstan liberalları bu hadisədə ölkə hakimiyyətinin rolu ilə bağlı narahatlıqlarını bildiriblər və araşdırma tələb ediblər.

ALDE-nin prezidenti Hans van Baalen öz növbəsində qeyd edib ki, “Avropa demokratları bu hadisəyə aydınlıq gətirilməsinin tələb edilməsində Gürcüstandakı üzvlərini haqlı sayırlar və Azərbaycandakı liberallara dəstəyi davam etdirir”.

Buna da bax: 23 beynəlxalq QHT-dən Əfqan Muxtarlı müraciəti

ALDE həmçinin, Avropa Birliyini Əfqan Muxtarlının və digər siyasi məhbus sayılan şəxslərin dərhal azad edilməsi məqsədilə Azərbaycandakı hakimiyyətə təzyiq göstərməyə səsləyir.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Buna da bax:​ Əfqan Muxtarlı olayı mühacirlərin həyatında nəyi dəyişir?

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumlarının bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button