2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Avropa liderləri Rusiya üzərində sanksiyaların saxlanacağını deyirlər


Avropa İttifaqının iki ən yüksək vəzifəli lideri Moskva üzərinə Ukraynadakı təcavüzlərə görə qoyulmuş sanksiyaların koronavirus pandemiyası dövründə qaldırılacağına dair ehtimalları rədd edib.

AzadlıqRadiosunun tanış olduğu məktubda bu iki vəzifəli qeyd edirlər ki, məhdudlaşdırıcı tədbirlər Rusiyanın pandemiya ilə mübarizəsinə əngəl törətmir.

Mayın 26-da imzalanmış və bir qrup Avropa millət vəkilinə ünvanlamış məktubda Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Avropa Şurasının prezidenti Charles Michel yazırlar ki, bu sanksiyalar 2014-cü ildə qəbul edilərkən onların qeyri-ixtiyari başqa nəticələrə səbəb olmaması nəzərə alınıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Sanksiyaların heç biri Rusiyaya ərzaq, dava-dərman, vaksin və tibb avadanlığının ixracına məhdudiyyət nəzərdə tutmur”.

Bu məktub, Rusiyanı sanksiyaların qaldırılması üçün koronavirus pandemiyasından fürsətlənmək cəhdində ittiham edən 19 Avropa Parlamenti üzvünə ünvanlanıb.

Həmin millət vəkilləri von der Leyen, Michel və Avropa İttifaqı xarici işlər komissarı Josep Borrellə ünvanlanmış 3 aprel tarixli məktublarında yazırdılar ki, Rusiya hakimiyyəti İtaliyaya əslində yararsız humanitar yardım göndərməklə və BMT rəsmilərinin bəyanatlarını təhrif etməklə Avropa İttifaqı və onun üzv ölkələri rəhbərlərinin sanksiyalar barədə mövqeyini dəyişməyə cəhd edə bilər.

Rusiya prezidenti Vladimir Putin G20 qrupunun ötən martda videobağlantı ilə keçirilən sammitində koronavirus pandemiyası dövrü üçün humanizm zəminində sanksiyaların dondurulmasını və ya tamamilə qaldırılmasını təklif etmişdi.

 

Başqa sanksiyalar da uzadılır

Aİ-nin Rusiya üzərinə sanksiyaları ilk dəfə 2014-cü ildə, Moskva Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq edəndə və Ukraynanın şərqində separatçı hərəkatı qızışdıranda qoyub.

Ötən mart ayında Aİ Ukraynanın ərazi bütövlüyünə qəsdlə bağlı olduqları düşünülən 175 fərdin və 44 vahidin üzərindəki sanksiyaları daha 6 ay müddətinə uzadıb.

Aİ liderlərinin habelə Rusiyanın əsas etibarilə enerji və bank sektorlarını hədəfləyən sanksiyaları da iyunun 19-da videokonfransla keçiriləcək müşavirədə uzadacaqları gözlənilir.

Ayrıca olaraq Aİ səfirləri iyunun 10-da Krım üzərindəki investisiya qadağanının müddətini daha bir il uzatmaq barədə razılığa gəliblər.

Rusiyada indiyədək koronavirusa 493 min yoluxma qeydə alınıb. Bu, bütün dünyada yoluxma sayı üzrə ABŞ-dan və Braziliyadan sonra üçüncü yer deməkdir. Bu ölkədə COVID-19-dan indiyədək 6300 nəfər vəfat edib.

Lakin beynəlxalq ekspertlər Rusiya hakimiyyətinin yoluxma və ölüm statistikasını bilərəkdən azaltdığına inanırlar.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button