2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Avropa Liqasının qrup mərhələsi: “Qarabağ” – “Slovan” – 2:2

Sentyabrın 15-də Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Virtualaz.org bildirir bki, komanda “Dalğa Arena”da Çexiyanın “Slovan” klubunu qəbul edib.

“Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Dino Ndlovu, Miçel, Reynaldo, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqoli, Elvin Yuniszadə və Dani Kintana yer alıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Çexiya təmsilçisinin heyətində isə meydana Martin Dubravka, Radim Breyte, Vladimir Kufal, Yan Sikora, Zdenek Folprext, David Qovorka, Eqon Vuç, Daniel Bartl, Lukaş Bartoşak, Milan Baroş və Martin Latka çıxıblar.

İsveçrəli baş hakim Stefan Klossnerin idarə etdiyi oyunun 1-ci dəqiqəsində “Slovan”ın futbolçusu Yan Sikora hesabı açıb. Altı dəqiqə sonra “Qarabağ”ın futbolçusu Miçel hesabı bərabərləşdirib. Komandaların cəhdlərinə baxmayaraq ilk hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İkinci hissəyə fəal başlayan “Qarabağ” rəqib qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyət yaradıb. Lakin görüşdə növbəti qolu 68-ci dəqiqədə “Slovan” vurub. Milan Baroş ikinci topu “Qarabağ”ın qapısından keçirib. Qoldan sonra təşəbbüsü tamamilə ələ alan ağdamlılar matçın əsas vaxtına əlavə olunan hissənin 2-ci dəqiqəsində hesabı bərabərləşdiriblər. Rəşad Sadıqov gözəl zərbə ilə adını tabloya yazdırıb – 2:2

Beləliklə, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

“Qarabağ” növbəti görüşünü sentyabrın 29-da səfərdə İtaliyanın “Fiorentina” komandasına qarşı keçirəcək.

“J” qrupunun digər oyununda Yunanıstanın PAOK komandası doğma meydanda İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək.(AzərTAc)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button