2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Avropa Məhkəməsi Azərbaycanla bağlı iki işi araşdırır

Şikayətçilər yerli məhkəmələrin işləri ədalətli araşdırmadığını deyirlər

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan 2018 və 2020-ci ildə göndərilmiş iki şikayəti araşdırmağa başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Fariz Namazlı Azərbaycana qarşı” işdə vəkil olan ərizəçi həbsxana rəhbərliyi tərəfindən onun şəxsi həyatına və yazışmalarına hörmət hüququna müdaxilə olunmasından şikayət edib.

O, həbsxanada müvəkkili ilə görüşdən sonra yoxlamaya məruz qaldığını bildirib.

Deyib ki, müvəkkilinin görüş zamanı verdiyi ifadəsi ondan zorla alınıb.

Daxili məhkəmələr, iddiaları təsdiq edən müvafiq sübutların təqdim edilməməsi əsası ilə ərizəçinin şikayətinə mahiyyəti üzrə araşdırmaqdan imtina edib.

Bu şikayətdə Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması) və 8-ci (şəxsi həyata hörmət) maddələrinin pozuntusu iddiası qaldırılıb.

AİHM həmçinin ərizəçinin effektiv müdafiə vasitələrinə malik olmaq hüququnun pozulub-pozulmadığını da araşdıracaq.

“Sərdar Babayev Azərbaycana qarşı” işdə isə İranda dini təhsil almış Azərbaycan vətəndaşı olan ərizəçinin məsciddə qanunsuz dini təbliğat aparması əsası ilə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır.

Yerli məhkəmələr xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının dini ayin və mərasimləri icra etməsinin qanunsuz olması əsası ilə Sərdar Babayevi Cinayət Məcəlləsinin 168-1.3.1-ci (dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) maddəsi ilə təqsirli bilib.

Onu üç il müddətinə azadlıqdan məhrum edib.

Ərizəçi AİHM qarşısında Konvensiyanın 9-cu (dini etiqad azadlığı) və 14-cü (ayrı-seçkiliyin yolverilməzliyi) maddələrinin pozuntusu məsələsini qaldırıb.

Onun hüquqlarını vəkil Cavad Cavadov müdafiə edir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button