Now Reading:
Avropa Məhkəməsi daha 3 iş üzrə qərar verəcək

Avropa Məhkəməsi daha 3 iş üzrə qərar verəcək

“19 aprel 2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Fransa vaxtı ilə saat 10:00-da Anar Məmmədlinin qanunsuz həbsi ilə bağlı şikayətimiz üzrə qərarını elan edəcək. Şikayət insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci və 18-ci maddəsinin pozulması ilə bağlıdır.

Eyni tarixdə hörmətli müəllimlərim İntiqam Əliyevin və Ənnağı Hacıbəylinin şikayətləri üzrə qərar elan ediləcək”. Bu barədə vəkil Elçin Sadıqov Facebook hesabında yazıb.

İ.Əliyev və Ə.Hacıbəyli şikayətlərində Kollegiyanın onların vəkil statuslarını tanımaqdan imtina etməsini Avropa İnsan Hüquqları Konvensiyanın bir neçə maddəsinin pozulması kimi dəyərləndiriblər. Məhkəmə vəkillərin şikayətini əsaslı sayıb və bununla bağlı qərarını elan edəcək.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.