Loading...
Loading...
SEÇMƏ

Avropa Məhkəməsi jurnalistə görə Azərbaycanı cərimələdi

Hökumət Fikrət İbişbəyliyə (Fərəməzoğlu) 3500 avro ödəyəcək

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 23-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə 5 qərarını elan edib.

“Fikrət İbişbəyli Azərbaycana qarşı” – məhkəmə işi jurnalist olan ərizəçinin məhkəməyə qədər həbs edilməsi ilə bağlı olub.

Ərizəçi AİHM qarşısında məhkəməyə qədər həbsdə saxlanılmasının onun azadlıq və toxunulmazlıq hüququna zidd olduğunu iddia edib.

AİHM ərizəçinin iddiasını əsaslı hesab edərək, məhkəməyə qədər 11 ay 14 gün həbsdə tutulmasının ərizəçinin Konvensiyanın 5.3-cü maddəsi ilə təminat altına alınan hüquqlarına zidd olduğuna qərar verib.

Qərara əsasən, hökumət ərizəçiyə 3500 avro təzminat ödəməlidir.

AİHM-in digər dörd qərarı tərəflərin dostca anlaşması əsasında çıxarılıb.

“Natiq İsbatov Azərbaycana qarşı” – məhkəmə işi ərizəçinin ölkədən çıxışına qadağa tətbiq edilməsi ilə bağlı olub. Məhkəmə qarşısında Konvensiyanın 4 Saylı Protokolunun 2-ci maddəsinin (hərəkət azadlığı) və Konvensiyanın 13-cü maddəsinin (səmərəli müdafiə vasitələrinə malik olmaq) pozuntusu iddiası irəli sürülüb.

Tərəflər dostca anlaşıb.

Anlaşmaya əsasən, ərizəçiyə 6000 avro ödənilməlidir.

“Ülviyyə Kərimova Azərbaycana qarşı” – işdə daxili məhkəmələrin qərarlarını icra etməməsi əsası ilə ərizəçinin Cinayət Məcəlləsinin 306.1-ci maddəsi (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) üzrə 2 il müddətinə islah işlərinə və əmək haqqının 10 faizinin dövlət nəfinə tutulması cəzasına məhkum olunması ilə bağlı olub.

Ərizəçi ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu mübahisə edib.

Bu işdə də tərəflər dostca anlaşıb.

Hökumət ərizəçiyə 4100 avro ödəyəcək.

“Qadir Mahmudov Azərbaycana qarşı” – iş də Kərimova işində olduğu kimi məhkəmə qərarının icra olunmaması səbəbindən şəxsin cəzalandırılması ilə əlaqəli olub.

Burada söhbət ərizəçinin müxtəlif müddətlərə inzibati həbs olunmasından gedib.

Ərizəçi barəsindəki məhkəmə qərarlarının ədalətli məhkəmə araşdırması hüququnu pozduğunu iddia edib.

Tərəflərin dostca anlaşmasına görə, hökumət ərizəçiyə 4100 avro ödəyəcək.

“Xvorova Azərbaycana qarşı” – daxili məhkəmə qərarının icra olunmaması ilə bağlı olan bu iş də dostca anlaşma ilə başa çatıb.

“Xvorova Azərbaycana qarşı” – daxili məhkəmə qərarının icra olunmaması ilə bağlı olan bu iş də dostca anlaşma ilə başa çatıb.

Anlaşmaya görə, hökumət ərizəçiyə 3850 avro ödəyəcək.

Meydan TV

Gözdən qaçırmayın:  Elçin Qasımov: “Aclıq aksiyası öz hədəfinə çatıb”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button