2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Avropa Məhkəməsi jurnalistlərlə hüquqşünasların şikayəti ilə bağlı qərarını açıqladı

Azərbaycan hökuməti 11 nəfərə 64 min avro kompensasiya ödəyəcək

Dekabrın 13-də Avropa İnsan Haqları Məhkəməsi 11 nəfərin ölkədən çıxışına qoyulmuş qadağaya dair Azərbaycana qarşı qərarını elan edib. Onlar əsasən iddia edirdilər ki, cinayət işləri tərkibində şahid statusunda olsalar da, ölkədən çıxış hüquqları məhdudlaşdırılıb. Avropa Məhkəməsi qərarına görə, şəxslərin Konvensiyaya 4 saylı protokolun 2-ci (sərbəst hərəkət etmək) və 13-cü (səmərəli müdafiə vasitələri) maddələrinin pozuntusu (Aynurə İmranova istisna olmaqla) tanınıb.

Ərizəçi jurnalistlər Aytən Ələkbərova (Fərhadova), İzolda Ağayeva, Gülər Mehdizadə, Aynurə Heydərova, Aynurə İmranovadır. Bundan başqa, hüquqşünaslar Ənnağı Hacıbəyli, Rövşanə Rəhimova, ReAL Partiyasının Məclis başqanı Azər Qasımlı, hazırda fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin bacısı oğlu Azad Mursəliyev, Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva və Dilarə Vəliyeva da şikayətçidir. 

Hər bir ərizəçiyə mənəvi zərərə görə 5000 avro, məhkəmə xərclərinə görə 1000 avro (Rövşanə Rəhimli və Əminə Hacıyeva istisna olmaqla) müəyyən edilib. Ümumi ödəniləcək kompensasiya 64 min avrodur.

Saytların yığılması Saytlarin yigilmasi

Ərizəçilərin konvensiyanın 34-cü maddəsi ilə hüquqlarının pozuntusu tanınmayıb.

Ərizəçilərdən bir neçəsinin vəkili olan Fariz Namazlı deyir ki, bu maddə üzrə ona görə pozuntu faktının tanınmasını qoymuşdular ki, hökumət Avropa Məhkəməsinin məktubunu dövlət poçtu vasitəsi ilə onlara gec göndərib:

“Bu hissədə məhkəmə hesab etdi ki, hökumət öhdəliklərini pozmayıb”.

Meydan TV-nin fəaliyyəti ilə bağlı aparılan cinayət təqibi çərçivəsində müstəqil jurnalistlər G.Mehdizadə, A.Elgünəş, S.Vaqifqızı, A.Əhmədova, N.Cavadlı, A. Heydərova, A.Ələkbərova (Fərhadova), İ.Ağayevanın ölkədən çıxışına qadağa qoyulmuşdu.

Dövlət qurumları ilk vaxtlar jurnalistlərin ölkədən çıxışına qadağa qoyulmasını etiraf etmirdilər. Göndərilən sorğular cavablandırılmırdı.
Sonradan qoyulan qadağalar dövlət tərəfindən inkar edilmədi. Jurnalistlərdən birinin sorğusuna Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun cavabında deyilir: “ibtidai istintaqı aparılan 152006048 №-li cinayət işi üzrə yaranmış istintaq zərurəti ilə əlaqədar sizə “Qadağandır” statusu ilə “Giriş-Çıxış”, “Sərhədkeçməyə məhdudiyyət” altsisteminə fəallaşdırılaraq daxil edilib”.

Azərbaycanda Meydan TV İnternet-resursuna qarşı cinayət işi başlanıb. İş üzrə 15-dən artıq jurnalistin adı keçir.

24saat.org xəbəri Meydan TV-yə istinadən təqdim edir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button