Now Reading:
Avropa Məhkəməsi qadağalarla bağlı kommunikasiyaya başladı

Avropa Məhkəməsi qadağalarla bağlı kommunikasiyaya başladı

Azərbaycan hökumətu jurnalistlərin ölkədən çıxışına niyə qadağa qoyduğuna cavab verməlidir

“Avropa Məhkəməsi ölkədən çıxışına qadağa qoyulan şəxslərin şikayəti üzrə kommunikasiya başlayıb”. Bu barədə vəkil Fariz Namazlı facebook statusunda yazıb.

Hakimiyyətin 2014-cü ildə qeyri-hökumət təşkilatları və media qurumlarına basqısının sonucu olaraq ictimai fəal şəxslərin ölkədən çıxışına qadağa qoyuldu. Barəsində kommunikasiya başlayan şəxslər də onların bir qrupudu. Vəkil yazır: “Bunlar Aynur ElgünəşAytac ƏhmədovaNatiq Cavadli və Xədicə İsmayılovadır. İlk 3 şəxs Meydan.tv-nin fəaliyyəti ilə bağlı aparılan cinayət təqibi çərçivəsində, X.İsmayılovaya isə şərti cəza tətbiq edildiyi üçün ölkədən çıxışına qadağa qoyulub. Azərbaycan hökümətinə 17.01.2018-ci ilə qədər öz qeydlərini vermək xahiş olunub. Şikayətlərdə Konvensiyanın 4 sayli protokolunun 2-ci maddəsi, 8, 10, 13,18-ci maddələrinin pozuntusunun tanınması xahiş olunub”.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.