2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Avropa Məhkəməsi Azərbaycanla bağlı 4 qərarını açıqlayıb

Yayımlandı: 12 Yanvar 2023 16:19

Bir şikayət qəbuledilməz sayılıb, biri siyahıdan çıxarılıb, digəri “dostca” anlaşıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanvarın 12-də Azərbaycandan göndərilmiş 10-dan artıq şikayət üzrə 4 qərarını elan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Göndərilən şikayətlərdə mülkiyyət, ədalətli məhkəmə araşdırması, ayrı-seçkiliyin yolverilməzliyi, birləşmək hüquqlarının pozuntuları mübahisələndirilib.

“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycana qarşı” işində ərizəçilər qeyri-hökumət təşkilatı və onun təsisçiləri Anar Məmmədli, Bəşir Süleymanlı və Suliddin Əsgərovdur.

Onlar 2009-cu ildə SMDT-nin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət ediblər. Ancaq nazirlik qeydiyyat haqda qərar qəbul etmədən, çatışmazlıq olması əsası ilə sənədləri geri qaytarıb. Ardınca, ərizəçilər nazirliyin hərəkətinin qanunsuzluğundan məhkəməyə şikayət ediblər.

Onlar iddia ediblər ki, birləşmək hüquqlarına müdaxilə baş verib. Ərizəçilər paralel olaraq, nazirliyin iddia etdiyi çatışmazlıqları aradan qaldırıb, yenidən qeydiyyat üçün müraciət edib. Məhkəmə ərizəçilərin şikayətini rədd edib, apelyasiya instansiyası həmin qərarı qüvvədə saxlayıb.

Daha sonra işə baxan Ali Məhkəmə ərizəçilərin kassasiya şikayətinə baxış zamanı aşağı məhkəmələrin qərarlarını ləğv edib, işi yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarsa da, həmin instansiya qərarını dəyişməyib.

Ali Məhkəmə növbəti dəfə apelyasiya instansiyasının qərarını qüvvədə saxlayıb.

Ərizəçilər AİHM qarşısında birləşmək azadlığı hüquqlarına müdaxilə baş verdiyini iddia edirdilər.

AİHM bu işdə ərəziəçilərin birləşmək (11-ci maddə) hüququna müdaxilənin baş verdiyinə, habelə, ərizəçilərin fərdi şikayət etmək hüququna (34-cü maddə) hörmət göstərilmədiyinə qərar verib.

Qərara əsasən, hökumət ərizəçilərə mənəvi zərər əvəzi 4500 avro, tərcümə məsrəflərinə görə 200 avro, ərizəçilərin hüquqi təmsilçisi İntiqam Əliyevə 500 avro ödəməlidir.

“Günel Yusifli və başqaları Azərbaycana qarşı” işi çərçivəsində 8 ərizə hökumətlə kommunikasiya edilib.

Ərizəçilər Günel Yusifli, Vidadi İnsanov, Ayla Əliyeva, Nazim İsmayılov, Xalidə Məsimova, Fərhad Məmmədov, Yeganə Hüseynova, Məhərləm Musayev olub.

Ərizəçilər əsasən, dövlət əmlakının özəlləşdirilməsi kontekstində üzləşdiklərini iddia etdikləri qanunsuzluqdan şikayətçi olublar.

2008-ci ildə AİHM-ə şikayət edən ərizəçilər məhkəmə qarşısında mülkiyyət, ədalətli məhkəmə araşdırması və ayrı-seçkiliyin yolverilməzliyi hüquqlarının pozuntusunu qaldırıblar.

AİHM bu şikayətləri qəbuledilməz sayıb.

“Miriyev və başqaları Azərbaycana qarşı” işində 11 ərizəçi yerli məhkəmə qərarlarının icra edilməməsindən şikayət edib.

Ərizənin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar.

Anlaşmaya əsasən, hökumət ərizəçilərdən Oruc Miriyevə 2050, Hidayət Qarayevə 2650, Kərim Yasinova 2050, Qasım Qasımova 3850, Arif Həşimova 2050, Allahqulu İmanova 2050, Ramiz Nəcəfova 2050, İradə Aşurovaya 2050, Həcər Məmmədovaya 2050, Mətləb Nəzərova 1750, Saray Səftərovaya 3850 avro təzminat ödəyəcək, icrası mübahisələndirilən milli məhkəmələrin qərarlarını icra edəcək.

“Səmədov Azərbaycana qarşı” işi ictima toplantı iştirakçılarına qarşı qeyri-mütənasib tədbirlərin görülməsi iddiaları ilə bağlı olub.

Ərizəçi birləşmək və ədalətli məhkəmə araşdırması hüquqularının pozulduğunu iddia edib.

Kommunikasiya zamanı tərəflərin dostca anlaşma ilə bağlı danışıqları uğursuz olduqdan sonra, hökumət iddia olunan pozuntuları etiraf edib, məhkəməyə birtərəfli bəyannamə təqdim edib.

AİHM bu bəyannaməni nəzərə alıb və ərizəni baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.

Hökumət ərizəçiyə 2850 avro mənəvi zərər və hüquqi xərc əvəzi ödəməlidir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button