2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Avropa Məhkəməsi dörd iş üzrə kommunikasiyaya başlayacaq

Avropa İnsan Hüquqları Məhkəməsi bu ilin sentyabrında dörd iş üzrə kommunikasiyaya başlayacaq. Həmin işlərdən üç iş vəkil Cavad Cavadovun müdafiə etdiyi tanınmış dindarların işidir: Cavid Məmmədov; Zülfüqar Mikayılov; Elman Ağayev. Sonuncu iki şəxs Nardaran işi ilə bağlı həbs olunub və onların şikayətləri bir il öncə Avropa Məhkəməsinə göndərilib. Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib.

İlahiyyatçı Cavid Məmmədov 20 oktyabr 2012-ci ildə həbs olunub. O qanunsuz silah və dini ədəbiyyat saxlamaqda, qanunsuz aksiya təşkil etməkdə ittiham edilib. Məhkəmənin qərarı ilə 1 il həbs cəzasına məhkum edilib. 2013-cü ilin avqustunda vaxtından əvvəl həbsdən azad edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Zülfüqar Mikayılov, Elman Ağayev 2015-ci il noyabrın 26-da Nardaranda baş verən hadisələrə görə həbs edilib və məhkəmənin hökmü ilə uzun müddətli həbsə məhkum edilib.

Digər iş isə Kəlbəcər rayon Təhsil Şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovun şikayətidir. O 2014-cü ilin oktyabrında həbs edilib. Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlətini aşma), 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələriylə təqsirli bilinir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button