2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Avropa Məhkəməsi Eldəniz Quliyevin şikayətinə prioritet qaydada baxa bilər”

Elçin Sadıqov: “Artıq bununla bağlı lazımi müraciət göndərilib”

 

“Avropa Məhkməsi Eldəniz Quliyevin işinə prioritet qaydada baxa bilər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə 24saat.org-a Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevin vəkili Elçin Sadıqov bildirib. Onun sözlərinə görə, artıq bununla bağlı Avropa Məhkəməsinə lazımi müraciət göndərilib:

“Bildiyiniz kimi, Ali Məhkəmənin məlum qərarından sonra biz E.Quliyevlə bağlı işi Avropa Məhkəməsinə yollamışıq. Bundan sonra bu məsələ Avropa Məəhkəməsində araşdırılacaq və müvafiq qərar veriləcək. Avropa Məhkəməsinə bu işə prioritet qaydada baxması üçün də lazımi müraciət ünvanlamışıq. Hələ ki, son müraciətimizə cavab gəlməyib. Əgər Avropa Məhkəməsi məqsədəuyğun hesab etsə, işə prioritet qaydada baxılacaq. Bu isə o deməkdir ki, daha uzun müddət gözləməyə ehtiyac qalmayacaq”.

Məlumat üçün qeyd edək ki, E.Quliyev Azərbaycanın daxili işlər naziri Ramil Usubov tərəfindən 2014-cü ildə 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə məhkəməyə verilmiş və Nəsimi Rayon Məhkəməsi E. Quliyevlə bağlı 480 saat müddətində ictimai işlərə cəlb olunmaq və 1000 manat məbləğində cərimələnməklə bağlı qərar çıxarmışdır.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button