2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Avropa Məhkəməsi gələn həftə Azərbaycanla bağlı yeni qərarlarını açıqlayacaq

Yayımlandı: 9 Fevral 2023 17:26

Bir neçə ərizədə Konvensiyanın 18-ci maddəsinin pozuntusu qaldırılıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) fevralın 16-da Azərbaycandan göndərilmiş 7 ərizə üzrə 4 yekun qərar və qərardadını elan edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Ərizələrdə əsasən, ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntuları mübahisələndirilib.

Bir neçə ərizədə Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu da qaldırılıb.

“İbrahimbəyov və başqaları Azərbaycana qarşı” işində ərizəçilər Rüstəm İbrahimbəyov, Şöhrət İbrahimbəyova və Lalə Əfəndiyeva 1939, 1966 və 1941-ci il doğumlu Azərbaycan vətəndaşlarıdır.

Ərizəçilərdən cənab İbrahimbəyov vəfat edib, digərləri Bakıda yaşayır.

Məhkəmə işi ərizəçilərə məxsus olan torpaq sahəsinin sənədlərinin qanunsuz olaraq ləğv edilməsi iddiaları ilə bağlıdır.

Konvensiyanın 6-cı (ədalətli dinləmə hüququ) və Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinə (mülkiyyətin qorunması) söykənən ərizəçilər, torpaq sahələrinin əlləridən alınmasının qanunsuzluğundan, məhkəmə qərarlarının əsaslandırılmadığından şikayət ediblər.

“Elnur Məcidli Azərbaycana qarşı” – işində müxalif partiya fəalının dinc toplaşmaq hüququndan yararlanması kontkestində baş vermiş olaylarla bağlıdır.

Ərizəçi hadisələrin baş verdiyi vaxtda müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olub.

O, müxalif qüvvələrin azad seçkilərin keçirilməsi tələbi ilə 2011-ci ilin aprel ayında Bakıda keçirdiyi aksiyada iştirak edib.

Dinc aksiyaya polis qüvvələri müdaxilə edib, ərizəçi saxlanılaraq polisə aparılıb.

Ardınca ərizəçiyə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə iştirak) maddəsi ilə cinayət işi açılıb, mayda məhkəməyə qədər həbs edilib.

Məhkəmə ərizəçiyə qarşı ittihamları əsaslı hesab edərək onun 2 il müddətinə azadlıqdan məhrum edilməsini nəzərdə tutun hökm çıxarıb.

Ərizəçi AİHM qarşısında iddia edib ki, onun özünün seçdiyi hüquqi yardım vasitəsinə çatım hüququ pozulub, məhkəmə ədalətli olmayıb.

“Qafqaz Media Araşdırmaları Mərkəzi Azərbaycana qarşı” – məhkəmə işi iddia edilən qanunsuz fəaliyyətinə görə ictimai birliyə açılmış cinayət işi çərçivəsində onun bank hesablarına həbs qoyulması ilə bağlıdır.

İctimai birlik iddia edib ki, bank hesablarına həbs qoyulması onun mülkiyyət, ədalətli məhkəmə araşdırması, birləşmək və səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozuntusu ilə müşayət olunub.

Ərizəçi həmçinin cinayət işinin siyasi məqsəd daşıdığını, Konvensiyanın 18-ci maddəsini pozduğunu iddia edir.

“Aynurə İmranova və başqaları Azərbaycana qarşı” – məhkəmə işi də iddia edilən qanunsuz fəaliyyətlərinə görə bir sıra ictimai birliklərə və şəxslərə qarşı açılmış cinayət işi çərçivəsində ərizəçilərin bank hesablarına həbs qoyulması ilə bağlıdır.

Ərizəçilərdən A.İmranova AİHM qarşısında iddia edib ki, bank hesablarına həbs qoyulması onun mülkiyyət hüququnun pozuntusu ilə müşayiət olunub.

Digər ərizəçilər (Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Emin Hüseynov, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi) qeyd edilən pozuntu ilə yanaşı, Konvensiyanın 6-cı, 11-ci, 13-cü və 18-ci maddəsinin pozuntusu iddiasını da irəli sürüb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button