2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Avropa Məhkəməsi hökuməti rekord həddə cərimələdi

Əsabəli Mustafayev: “Bu fakt artıq sistem nöqsanının və inzibati praktikanın göstəricisidir”
İyunun 30-da Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı yeni qərarlarını açıqlayıb. Bu barədə vəkil Əsabəli Mustafayev öz “Facebook” səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, Avropa Məhkəməsi 18 iş üzrə qərarlarını elan edib. Onun 13-ü Əsabəli Mustafayevin apardığı işlərdir. O, Məmməd İbrahim, Əbülfəz Qurbanlı, Rüfət Hacıbəyli, Elşad Budaqov, Orxan Carçıyev, Vaqif Xalıqov, Hafiz Fərhadi, Elçin Cərullayev, İnqilab Kərimov, Şakir Abbasov, Zülfüqar Eyvazov, Təzəxan Mirələmli, Bəhruz Həsənovun vəkili olub:

“Bu qərarlarla mitinqdə iştiraka görə ərizəçilərin tutulması və inzibati həbs cəzasına cəlb olunmaları Konvensiyanın 5 (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6 (ədalətli araşdırma hüququ), 7 (qanunsuz cəzalandırmamaq) və 11-ci (sərbəst toplaşma azadlığı) maddələrin pozuntusu tanınıb. Kompensasiya hamıya eynidir, mənim apardığım iş üzrə ümumi məbləğ 165 000 avro təşkil edir. Ancaq bu ay və ancaq mənim apardığım belə 15 iş üzrə Avropa Məhkəməsi qərar qəbul edib. İlin əvvəlindən isə oxşar işlərin sayı 20-yə çatdı. Bu fakt artıq sistem nöqsanının və inzibati praktikanın göstəricisidir. Hakimiyyət nümayəndələrinin “bizdə məhkəmələr müstəqildir, bizdə bütün hüquqlar təmin olunub” ifadəsini işlətməmişdən qabaq bu qərarları oxumaqları məsləhətdir”.

Avropa Məhkəməsinin daha 4 qərarı seçki ilə bağlı olub: Nurəddin Məmmədli, Dünyaxanım Cərullayeva, İltizam Əkbərli, Nabatəli Pələngovun işi.

Saytların yığılması Saytlarin yigilmasi

Hər şikayətçiyə 10 min avro və ümumilikdə hüquqi yardım üçün 4 min avro təzminat ayrılıb. Cəmi 44 000 kompensasiya təyin olnub. Nobatali Palanqovdan başqa digər üç nəfərin işində nümayəndə İntiqam Əliyevdir. Ə.Mustafayevin sözlərinə görə, iyunun 30-da Avropa Məhkəməsi mülkiyyət hüququnun pozuntusu ilə bağlı Rüstəm Dəmirovun işi üzrə də qərar elan edib, kompensasiyanın məbləği 20 900 avrodur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button