2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa Məhkəməsi Rusiyanı 2,9 mln. avro cərimələdi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 13-də Rusiya ilə bağlı qərar çıxarıb. Qərara əsasən, Rusiya 2004-cü ilin sentyabr ayında Beslan məktəbində baş verənlərə görə 2,955 mln avro kompensasiya ödəməlidir. Rusiya Ədliyyə Nazirliyi Strasburq məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəyini açıqlayıb. Kreml məhkəmənin 2004-cü ildə baş verənlərlə bağlı verdiyi qərarla razı deyil.
AİHM-nin açıqlamasında deyilir ki, 409 nəfər iddiaçı kimi çıxış edib. Onların arasında girov və zərərçəkmişlər, həmçinin vəfat edənlərin qohumları də var. Avropa Məhkəməsi iddiaçıların İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 2 maddəsinin pozulduğunu haqda fikri ilə razılaşıb. Əlavə 88 min avro da məhkəmə xərclərinə görə ödəniləcək.
Iddiaçıların fikrincə, dövlət həyatı təhlükədə olan vətəndaşların müdafiəsi ilə bağlı üzərinə düşəni etməyib. Həmçinin hadisə lazımı səviyyədə araşdırılmayıb.
Məhkəmənin qərarında deyilir ki, hakimiyyət terrorun hazırlanması ilə bağlı yetərincə məlumata malik idi. Həmçinin dəqiq ekspertiza aparılmayıb və terror qurbanlarının əsl ölüm səbəbi açıqlanmayıb.

Fizzə

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button