2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Avropa Məhkəməsi SMM-nin qeydiyyatının ləğvinin qanunsuz olduğu qənaətinə gəlib

Bakı/02.12.21 Avropa Məhkəməsi dekabrın 2-də “Seçkilərin Monitorinq Mərkəzi və başqaları Azərbaycana qarşı” işində ərizəçilərin iddia etdikləri pozuntuları tanıyıb. Bu barədə Turan-a hüquqşünas Xalid Ağaliyev bildirib.

Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi hesab edib ki, SMM-nin qeydiyyata alınmasından imtina olunması, daha sonra isə qeydiyyatının ləğv edilməsi qanunsuz olub.

AİHM öz qərarında ərizəçilərə (Anar Məmmədli və Bəşir Süleymanov) SMM-nin qeydiyyatının yubadılmasının və sonra ləğv edilməsinin qanunsuzluğundan şikayət edən ərizəçiləri haqlı hesab edib. SMM ilə bağlı hüquqi prosedurların həm qeydiyyatın yubadılması, həm də qeydiyyatın ləğv edilməsi kontekstində Konvensiyanın 11-ci maddəsinin pozuntusu ilə müşayət olunduğu qənaətinə gəlinib.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmə həmçinin cavabdeh dövlətin bu işdə Konvensiyanın 34-cü maddəsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə qərar verib.

Məhkəmənin qərarına əsasən, hökumət qərar qətiləşdikdən sonra ərizəçilərə mənəvi zərər əvəzi 4500, hüquq xərclərinə görə 1500, digər məsrəflərə görə 600 avro təzminat ödəməlidir.

SMM-nin təsisçiləri mərkəzin dövlət qeydiyyatına alınması üçün 2006-08-ci illərdə Ədliyyə Nazirliyinə 6 dəfə müraciət ediblər. Nazirlik sənədlərin qanunvericiliyə uyğun tərtib edilmədiyi əsası ilə qeydiyyatdan imtina edib. SMM 2008-ci ilin fevralında dövlət qeydiyyatına alınsa da, aprel ayında nazirlik Mərkəzin qeydiyyatının ləğv edilməsi tələbi ilə Xətai Rayon Məhkəməsində iddia qaldırmışdı. İddia edilirdi ki, Mərkəz rəsmi ünvanın, təsisçilər siyahısındakı dəyişikliklərin, nümayəndəliklərin açılması barədə məlumatları təqdim etməyib. May ayında məhkəmə SMM-nin qeydiyyatını ləğv edib, yuxarı məhkəmələr həmin qərarı qanuni sayıb. -16D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button