2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa Məhkəməsi yeni şikayətləri araşdırır

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı daha 4 şikayəti araşdırmağa başlayıb. Sözügedən şikayətlər əsasən, mülkiyyət və ifadə azadlığı hüququnun pozuntusundan verilib.

Bu haqda məhkəmənin saytı xəbər verir.

Saytların yığılması Saytlarin yigilmasi

Şikayətlərdən biri “Yehova Şahidləri” dini icmasının Azərbaycanda məhkəmə işi ilə bağlıdır. Adıçəkilən şikayətdə 8 il əvvəl icmanın Azərbaycana dini məzmunlu kitablar gətirməsinə qadağa qoyulmasından bəhs edilir. Dini icma hesab edir ki, bu, onların Avropa Konvensiyasının 9-cu (vicdan azadlığı), 10-cu (ifadə azadlığı) və 14-cü (dini ayrı seçkilik) maddələrində nəzərdə tutulan hüquqlarını pozub.

“Cahangirov və başqaları Azərbaycana qarşı” işi üzrə şikayət evlərin, ofislərin dövlət ehtiyaclarından ötrü vətəndaşlardan alınması ilə bağlıdır. Həmin işdə 22 vətəndaş şikayətçidir. Həmin şikayətçilər ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozulduğunu iddia edirlər.

“Kapelko və digərləri Azərbaycan qarşı” işdə də şikayətçilər mülkiyyət hüquqlarının pozulduğunu iddia edirlər. Həmin işdə 5 vətəndaşın mülkiyyətinin Bakıda aparılan abadlaşma işləri əsası ilə alınmasından söhbət gedir.

“Quliyeva Azərbaycana qarşı” işdə də mülkiyyət hüququnun pozuntusundan şikayət olunub.

Bütün şikayətlərdə pozuntuların tanınması və hökumətin bu pozuntulara görə təzminat ödəməsi istənilir.

Avropa İnsan Hüquqları Məhkəməsi həmin işlərlə bağlı, artıq hökumətə suallar göndərib.

Ötən həftə AİHM Azərbaycandan göndərilən 11 şikayətlə bağlı qərar çıxararaq hökuməti 82 min avro cərimələnmişdi. Həmin şikayətlərdə isə sərbəst toplaşmaq hüququnun pozulduğundan bəhs edilirdi.

Son illər Azərbaycandan AİHM-ə göndərilən şikayətlərin artdığı bildirilir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button