2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Avropa Məhkəməsində ABŞ və Azərbaycan hökumətləri üz-üzə gələcək

AzadlıqRadiosu Azərbaycan hökumətinin onun ölkədəki fəaliyyətini az qala üç il ərzində əngəlləməsi iddiası ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

AzadlıqRadiosunun prezidenti Thomas Kent deyib: “Biz Azərbaycanın ədliyyə sistemi tərəfindən bizə qarşı irəli sürülmüş ittihamların ləğvi istiqamətində heç bir irəliləyişə nail ola bilməmişik. Bu ittihamlar əsassızdır və Azərbaycan AİHM-in yurisdiksiyasına daxil olduğundan biz bu məsələ ilə bağlı məhz bu məhkəməyə müraciət etmək qərarına gəlmişik”.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan məmurları 2014-cü ilin dekabrında AzadlıqRadiosunun Bakı bürosuna reyd keçirib – vergi ilə əlaqədar iki ittiham da daxil, bir sıra ittihamlar irəli sürüb. AzadlıqRadiosu dəfələrlə bu ittihamların qondarma olduğunu bildirib.

AzadlıqRadiosu vergi ilə bağlı ittihamların ölkənin ədliyyə sisteminin bütün səviyyələrində ləğvinə çalışıb (başqa ittihamlara 2016-cı ildə xitam verilib), lakin Ali Məhkəmə bu məsələnin baxılmasını, hökumətin rəyincə, bununla paralel aparılan cinayət işi başa çatanacan təxirə salıb.

AzadlıqRadiosunun vəkilləri cinayət təhqiqatının legitimliyini şübhə altına alıblar. Bu iş reydlə eyni vaxtda başlanıb və Azərbaycan qanunlarına görə, 2016-cı ildə başa çatdırılmalı olduğuna baxmayaraq indiyədək uzadılır. Hökumət indiyədək bu işlə bağlı nə konkret ittiham irəli sürüb, nə də hesabat verib.

Thomas Kent daha sonra deyib: “Biz bu qənaətə gəlirik ki, bu qondarma təhqiqat sadəcə dolaşıqlıq yaratmaq məqsədi güdür. Təhqiqat qanun pozuntusuna dair heç bir dəlil aşkar etməsə də, bizim Bakı büromuzu hüquqi baxımdan fəalityyətsiz vəziyyətə gətirib və jurnalistlərimiz üçün təhdid ab-havası yaradıb”.

AzadlıqRadiosunun AİHM-ə iyun ayında təqdim olunmuş müraciəti Avropa İnsan Haqları Konvensiyasının 6.1 və 13-cü Maddələrinə əsaslanır. Azərbaycanın da imzaladığı bu Konvensiya ağlabatan vaxt müddətində ədalətli məhkəmənin keçirilməsi və etibarlı müdafiə hüququ verir.

Azərbaycan məhkəmələrində müdafiə olunmaq imkanı istəyən AzadlıqRadiosu, Bakı bürosunun statusu məsələsinin həlli üçün dəfələrlə Azərbaycanın baş prokuroruna müraciət edib.

Lap bu yaxınlarda, avqust ayında AzadlıqRadiosu bu cinayət təhqiqatı barədə son məlumatların verilməsini, şirkətin ştamp, möhür və sənədlərinin qaytarılmasını rica edib. Bunlar 2014-cü ildə keçirilmiş reyd zamanı müsadirə olunub və büro təkrar açılacağı təqdirdə bunlara ehtiyac olacaq. AzadlıqRadiosu eyni zamanda büronun dondurulmuş bank hesablarının açılmasını istəyib. Bu hesablarda 70 min dollar pul var. Hakimiyyət AzadlıqRadiosunun məktubunu aldığını bildirsə də, ona heç bir cavab verməyib.

Ayrıca olaraq, AzadlıqRadiosu, Azərbaycan Xidmətinin internet saytının “ölkənin milli təhlükəsizliyinə hədə yaratmaq” və “ekstremist materiallar dərc etmək” ittihamı ilə məhkəmə tərəfindən bloklanmasına qarşı apellyasiya iddiası irəli sürüb. Bu qadağa mart ayından bəri qüvvədədir. Bu iş üzrə məhkəmənin vaxtı müəyyən edilməyib.

AzadlıqRadiosunun Azərbaycan Xidməti özünün internet, peyk, Facebook, YouTube, Instagram və başqa rəqəmsal platformalarda fəal yayılan məqalə, audio və video materialları ilə ölkədə əvəzsiz müstəqil xəbər mənbəyidir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button